Əlixan Musayev:
(Harun) dedi: “Ey anamın oğlu! Saqqalımdan, saçımdan tutma. Doğrusu, mən sənin: “İsrail oğullarını bir-birindən ayırdın, sözümə baxmadın!”– deyəcəyindən qorxdum.
Bünyadov-Məmmədəliyev:
(Harun) belə cavab verdi: “Ey anam oğlu! Saçımdan, saqqalımdan tutma. (Saqqalımı, başıma yolma). Doğrusu, sənin: “İsrail oğulları arasına ayrılıq saldın, sözümə baxmadın!” – deyəcəyindən qorxdum.
Elmir Quliyev
:
Харун (Аарон) сказал: "О сын моей матери! Не хватай меня за бороду и за голову. Я боялся, что ты скажешь: “Ты разобщил сынов Исраила (Израиля) и не выполнил моих наставлений”".
Ələddin Sultanov:
(Harun) dedi: “Ey anamın oğlu! Saçımı, saqqalımı burax! Sənin: “İsrail oğullarının arasına ayrılıq saldın və mənim dediklərimə riayət etmədin!” - deməyindən qorxdum.
Kerbelayi Malik ağa:
(Harun ə.s): ‘Ey anamın oğlu! Saçımdan, saqqalımdan tutma. Həqiqətən mən sənin ‘İsrail oğulları arasına ayrılıq saldın və sözümü tutmadın (əmrimi yerinə yetirmədin)’ deməyindən qorxdum.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Ay anam oğlu, saqqalımdan və başımın tükündən tutma.
Həqiqətən, mən çəkindim ki, deyəsən: «Israil oğulları arasına
ayrılıq saldın və mənim sözümə baxmadın!»
A.Mehdiyev və D.Cəfərli:
Harun dedi: «Anam oğlu! Saqqal və başımdan tutma. Həqiqətən mən (onlara təzyiq göstərəcəyim təqdirdə) sənin «İsrail övladlarının arasına təfriqə saldın və mənim tapşırığıma əməl etmədin» deyəcəyindən qorxdum.»
Kövsər Tağıyev:
Harun: “Ey anam oğlu! Saçımı, saqqalımı çəkmə. Doğrusu, mən sənin “İsrail oğullarını bir-birindən ayırdın, sözümə baxmadın!” – deyəcəyindən qorxdum”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Harun dedi: “Ey anam oğlu! Mənim saç-saqqalımdan tutma. Mən qorxdum ki, sən deyəsən: “Sən İsrail övladiarı içərisində təfriqə törətdin və mənim sözümə əməl etmədin?’
Sabirə Dünyamalıyeva:
Harun: "Ey anamın oğlu! Saqqalımdan və başımdan yapışma. Şübhəsiz, mən qorsdum ki, sən deyəsən: İsrail oğulları arasına nifaq saldın və mənim sözümə bakmadın" dedi.