Yunus Surəsi 95. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allahın ayələrini yalan sayanlardan da olma, yoxsa ziyana uğrayanlardan olarsan.
Bünyadov-Məmmədəliyev:
Allahın ayələrini təkzib edənlərdən olma, yoxsa ziyana uğrayanlardan olarsan!
Elmir Quliyev :
Не будь в числе тех, которые считают ложью знамения Аллаха, а не то окажешься одним из потерпевших убыток.
Ələddin Sultanov:
Allahın ayələrini yalanlayanlardan da olma! Yoxsa ziyana uğrayanlardan olarsan.
Kerbelayi Malik ağa:
Əsla Allahın ayələrini yalanlayan kimsələrdən olma. O təqdirdə hüsrana uğrayanlardan olarsan.
Ələsgər Musayev:
Olma o kəslərdən ki, yalan saydılar ayətləriylə Allahı - olarsan xəsarətlilərdən!
A.Mehdiyev və D.Cəfərli:
əsla Allahın ayələrini təkzib edənlərdən olma ki, ziyana uğrayanlardan olarsan.
Kövsər Tağıyev:
Sehrbazlar gəldikdə Musa onlara: “Atacağınızı atın (məharətinizi göstərin)”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Heç vaxt Allahın ayələrini yalan hesab edənlərdən olma, yoxsa ziyana düşənlərdən olarsan!
Sabirə Dünyamalıyeva:
O halda, əsla şübhə edənlərdən olma! Əsla Allahın ayələrini təkzib edənlərdən olma, yoxsa ziyana/itkiyə uğrayıb əzab çəkənlərdən olarsan.