Əlixan Musayev:
Allahla bağladığınız əhdi ucuz qiymətə satmayın. Əgər bilirsinizsə, Allahın dərgahında olan (savab) sizə daha xeyirlidir.
Bünyadov-Məmmədəliyev:
Allahla bağladığınız əhdi ucuz satmayın. (Əhdi pozmadığınıza görə) Allah yanında olan (savab) sizin üçün (dünya mənfəətindən) daha yaxşıdır. Kaş biləydiniz!
Elmir Quliyev
:
Не продавайте данные Аллаху обеты за ничтожную цену, ибо для вас лучше то, что у Аллаха, если бы вы только знали!
Ələddin Sultanov:
Allahın əhdini az bir mənfəət müqabilində satmayın! Əgər bilirsinizsə, şübhəsiz ki, Allah yanında olan sizin üçün daha xeyirlidir.
Kerbelayi Malik ağa:
Allahın əhdini az bir dəyərə satmayın. Halbuki o (əhd), əgər bilsəniz, Allahın dərgahında sizin üçün daha xeyirlidir.
Ələsgər Musayev:
Allahın əhdini az qiymətə satmayın. Həqiqətən,
Allah yanında olan sizin üçün xeyirlidir, əgər biləsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Allahın əhdini ucuz qiymətə satmayın. (Onun əhdlərini pozmaqla dünya malı əldə etməyin.) Həqiqətən, əgər bilsəniz, Allah yanında olan sizin üçün daha yaxşıdır.
Kövsər Tağıyev:
Allaha verdiyiniz sözü ucuza satmayın. Əgər bilirsinizsə, şübhəsiz, Allah qatında olan sizin üçün daha xeyirlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha etdiyiniz əhdi ucuz qiymətə satmayın. Həqiqətən, Allahın dərgahında olanlar [mükafatlar], əgər bilirsinizsə, sizin üçün daha xeyirlidir.
Sabirə Dünyamalıyeva:
Və Allahın əhdini/Allaha verilən sözləri ucuz satmayın. Bilsəniz, həqiqətən Allah yanında olan [savab, mükafat] sizin üçün daha xeyirlidir.