Əlixan Musayev:
O dedi: “Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz?
Bünyadov-Məmmədəliyev:
(İbrahim onlara) dedi: “Siz özünüz yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz?
Elmir Quliyev
:
Он сказал: "Неужели вы поклоняетесь тому, что сами высекаете?
Ələddin Sultanov:
İbrahim belə dedi: “Yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz?
Kerbelayi Malik ağa:
(İbrahim ə.s): ‘Siz yonub düzəltdiyiniz şeylərəmi tapınırsınız?’ dedi.
Ələsgər Musayev:
Dedi: «Ə, siz özünüz yonub düzəltdiyinizə ibadətmi edirsiniz?
A.Mehdiyev və D.Cəfərli:
(İbrahim) dedi: «Özünüz yonduğunuz şeyə ibadət edirsiniz?!
Kövsər Tağıyev:
İbrahim belə dedi: “Yonduğunuz bütlərə tapınırsınız?”
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: “Məgər siz yonub düzəltdiklərinizəmi ibadət edirsiniz?
Sabirə Dünyamalıyeva:
İbrahim: "Əlinizlə yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz?