Nisa Surəsi 95. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Möminlərdən üzürlülər istisna olmaqla (evdə) oturanlarla Allah yolunda öz malları canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları canları ilə cihad edənləri (evdə) oturanlardan dərəcə etibarilə üstün etdi. Allah (onların) hamısına ən gözəl nemət vəd etmişdir. Allah mücahidləri (evdə) oturanlardan böyük bir mükafatla üstün etmişdir.
Bünyadov-Məmmədəliyev:
Zərər çəkmədən (üzrsüz səbəbə görə evlərində) əyləşən möminlərlə Allah yolunda öz malları canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah malları canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə savab) vəd etmişdir. (Lakin) Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir.
Elmir Quliyev :
Те из верующих, которые отсиживаются, не равны тем, которые сражаются на пути Аллаха своим имуществом и своими душами, кроме тех, кто испытывает тяготы. Аллах возвысил тех, которые сражаются своим имуществом и своими душами, над теми, которые отсиживаются, на целую степень, но каждому из них Аллах обещал Наилучшее (Рай). Аллах возвысил сражающихся над отсиживающимися благодаря великой награде
Ələddin Sultanov:
Möminlərdən üzrsüz (cihada getməyib evdə) oturanlar, Allah yolunda malları canları ilə cihad edənlərlə bir deyillər. Allah malları canları ilə cihad edənləri, (cihada getməyib evdə) oturanlardan dərəcə etibarilə üstün tutdu. Allah hamısına gözəllik (cənnət) vəd etmişdir. Ancaq Allah cihada gedənləri (cihada getməyib evdə) oturanlardan böyük bir mükafatla üstün etmişdir.
Kerbelayi Malik ağa:
Üzr sahibi olmayan möminlərdən (döyüşə getməyib) oturanlar ilə Allahın yolunda mallarıyla canlarıyla cihad edənlər bir deyildir. Allah mallarıyla canlarıyla cihad edənləri dərəcə etibarilə, oturanlardan fəzilətli etdi Allah hamısına ‘Hüsna’nı vəd etdi. Allah mücahidləri oturub qalanlardan ‘böyük əcr’ ilə üstün etdi.
Ələsgər Musayev:
Zərər çəkmədən oturan möminlərlə, Allah yolunda malları nəfslərilə çalışan möminlər bərabər deyil. Allah fəzlətli etdi malları nəfslərilə çalışanları üzərində oturanların dərəcə ilə. Küllisinə Allah yaxşılıq vədi verib. Fəzlətli etdi Allah mücahidləri üzərində oturanların əzəmətli əcrlə
A.Mehdiyev və D.Cəfərli:
Cismində xəsarət digər üzrü olmadan (müstəhəbbi ya vacibi-kifayi) cihada getməyib (evdə) oturan möminlər, Allah yolunda mal canları ilə cihad edənlərlə əsla bir deyildirlər. Allah mal canları ilə cihad edənləri (evdə) oturanlardan (yüksək) bir dərəcə ilə üstün etmişdir Allah onların hər birinə (iman əməli müqabilində) yaxşı bir mükafat vəd etmişdir. Allah cihad edənlərə (evdə) oturanlardan daha böyük mükafatla üstünlük əta etmişdir,
Kövsər Tağıyev:
Möminlərdən üzrlü səbəbi olmadan (cihaddan geri qalıb) oturanlarla, Allah yolunda malları ilə, canları ilə cihad edənlər bir olmaz. Allah malları canları ilə cihad edənləri dərəcə etibarilə cihada qoşulmayanlardan üstün tutmuşdur. Hərçənd Allah (möminlərin) hamısına ən gözəl olanı (cənnəti) vəd etmişdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Üzürlü səbəb olmadan öz evlərində oturan möminlərlə öz malı canı ilə Allah yolunda vuruşanlar eyni deyildirlər. Allah öz malı canı ilə vuruşanları öz evlərində oturanlardan dərəcə etibarı ilə üstün tutur. Allah hamısına yaxşılıq [cənnət] vəd etmişdir. Lakin Allah cihada gedənləri evlərində oturanlardan böyük mükafatla üstün etmişdir.
Sabirə Dünyamalıyeva:
Möminlərdən üzrsüz səbəbə oturanlarla Allah yolunda öz malları canları ilə səy göstərənlər [bir-birinə] bərabər olmaz. Allah, malları canları ilə səy göstərənləri, dərəcə etibarilə oturanlardan üstün etdi. Allah, onların hamısına "ən gözəl"i vəd etmişdir.