Əlixan Musayev:
Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də (haqdan) döndərilirsiniz!
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan (ölü yumurtadan diri toyuq, diri toyuqdan ölü yumurta yaradan) Allahdır. Budur Allah! Axı siz Ondan (haqq olan Allahdan) nə cür döndərilirsiniz?
Elmir Quliyev
:
Аллах раскрывает зерно и косточку. Он извлекает живое из мертвого и извлекает мертвое из живого. Таков Аллах! До чего же вы отвращены от истины!
Ələddin Sultanov:
Şübhəsiz ki, Allah toxumu və çəyirdəyi çatladandır. O, ölüdən diri, diridən də ölü çıxardar. Budur Allah! Bəs (haqq yoldan) necə döndərilirsiniz?
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allah toxumu və çəyirdəyi yarıb çıxarandır. Ölüdən canlını çıxarar və canlıdan ölünü çıxarandır. Bu Allahdır. Elə isə necə döndərilirsiniz?
Ələsgər Musayev:
Həqiqətən, Allahındır ki, toxuma və tuma yol açır. Xaric edir dirini meyyitdən və xaric edir meyyiti diridən! Budur Allah! Bəs necə üz döndərirsiniz?
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Allah toxum və çərdəyi yarandır. O, ölüdən diri çıxarır (toxumları otlardan, heyvanları nütfələrdən, insanların ruhlarını bədənlərdən, mömin övladları kafirlərdən yaradır) və diridən ölü (yaşıl otdan dənli bitki və quru meyvələr, diridən ölü cəsəd, möminlərin nəslindən kafir övladlar) çıxarandır. Budur (bilən və qüdrətli) Allah! Belə isə (haqdan) haraya və necə döndərilirsiniz?!
Kövsər Tağıyev:
Şübhəsiz, Allah toxumu və çəyirdəyi yarıb cücərdəndir. Ölüdən diri çıxarır. Diridən də ölü çıxarandır. Budur Allah! (Elə isə Ondan) necə döndərilirsiniz?
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, Allah dəni də, çərdəyi də cücərdəndir. O, ölüdən diri əmələ gətirir, diridən isə ölü əmələ gətirir. Budur sizin üçün Allah! Gör siz nə qədər yalana uyursunuz!
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, Allah, dənəni və çəyirdəyi çatladıb çıxarandır: Ölüdən diri çıxarır, diridən də ölü çıxarandır. Budur Allah! Necə də döndərilirsiniz?