Əlixan Musayev:
Sizdə olan nemətlər tükənəcək, Allahın dərgahında olan nemətlər isə daim qalacaqdır. Səbrli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.
Bünyadov-Məmmədəliyev:
Sizdə olan (dünya malı) tükənər, Allah dərgahında olan (axirət nemətləri) isə əbədidir. (Allah yolunda əziyyətlərə) dözənləri etdikləri yaxşı əməllərin müqabilində mükafatlandıracağıq (yaxud gördükləri yaxşı işlərin əvəzində onlara daha yaxşı mükafat verəcəyik!)!
Elmir Quliyev
:
То, что есть у вас, иссякнет, а то, что есть у Аллаха, останется навсегда. А тем, которые проявляли терпение, Мы непременно воздадим наградой за лучшее из того, что они совершали.
Ələddin Sultanov:
Sizdə olan (dünya malı) tükənər, Allah dərgahında olan isə əbədidir. Şübhəsiz, səbir edənləri etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq.
Kerbelayi Malik ağa:
Sizin yanınızda olan şeylər tükənər. Allahın dərgahında olan şeylər tükənməzdir. Səbir edənləri etdikləri əməllərinin əvəzində mütləq daha gözəli ilə mükafatlandıracağıq.
Ələsgər Musayev:
Nə ki, sizin yanınızda var, tükənər və nə ki, Allah yanındadır,
həmişəlikdir. Biz cəzalandırarıq o kəsləri ki, səbr edirlər,
əcrlərinə görə yaxşılıqla nə ki, oldular əməllilər.
A.Mehdiyev və D.Cəfərli:
Sizin yanınızda olan tükənir və puç olur, Allahın yanında olan isə daimi və əbədidir. Və (dini vəzifələri yerinə yetirməkdə) səbr etmiş kəslərin çox gözəl əməlləri müqabilindəki mükafatlarını verəcəyik.
Kövsər Tağıyev:
Sizin yanınızda olan tükənər, Allah qatında olan isə qalıcıdır. Əlbəttə, səbir edənləri etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizdə olanların hamısı tükənib gedər, Allahda olanlar isə daimi qalandır. Biz səbr edənlərə əməllərindən də yaxşı əvəz verəcəyik.
Sabirə Dünyamalıyeva:
Sizin yanınızda olan tükənər, Allahın yanında olan isə əbədidir. Və Biz həqiqətən səbr edənlərə mükafatlarını, etdiklərinin daha gözəl əvəzini verəcəyik.