İsra Surəsi 96. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən, O, qullarından Xəbərdardır, (nə etdiklərini) Görəndir”.
Bünyadov-Məmmədəliyev:
De: “Mənimlə sizin aranızda təkcə Allahın (peyğəmbərliyimin həqiqiliyinə) şahid olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən (bəndələrinin bütün əməllərindən) xəbərdardır, (onların gizlində aşkarda nələr etdiyini) görəndir!”
Elmir Quliyev :
Скажи: "Довольно того, что Аллах является Свидетелем между мною и вами. Воистину, Он знает и видит Своих рабов".
Ələddin Sultanov:
De: “Mənimlə aranızda şahid olaraq Allah yetər. Şübhəsiz ki, O, qullarından xəbərdardır, (onları) görür”.
Kerbelayi Malik ağa:
De ki: ‘Mənimlə sizin aranızda Allah şahid olaraq kifayət edər.’ Şübhəsiz ki, O, qullarından xəbərdar olandır, (onları) görəndir.
Ələsgər Musayev:
De: «Kafidir Allah ilə şahidlik mənim sizin aranızda. Həqiqətən, O olar bəndələri ilə Xəbir, Bəsir!»
A.Mehdiyev və D.Cəfərli:
(Dəvət möcüzələrin onlara təsir edəcəyindən naümid olduqdan sonra) de: «Allahın (cəza günü mənim Onun Peyğəmbəri olmağıma peyğəmbərlik tapşırıqlarını çatdırmağıma şəhadət vermək üçün) mənimlə sizin aranızda şahid olması kifayətdir. Çünki şübhəsiz O, həmişə bəndələrindən xəbərdar (onları) görəndir.»
Kövsər Tağıyev:
De ki: “Sizinlə mənim aramda şahid olaraq Allah yetər. Çünki O, qullarından haqqı ilə xəbərdardır, onları haqqı ilə görəndir”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Allah mənimlə sizin aranızda şahid olaraq kifayətdir. Həqiqətən, O, Öz bəndələrini tanıyandır, görəndir."
Sabirə Dünyamalıyeva:
De ki: "Əgər yer üzündə arxayın gəzib dolaşan bir mələk olsaydı, əlbəttə Biz onlara göydən elçi olaraq bir mələk göndərərdik."