Kəhf Surəsi 96. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Mənə dəmir parçaları gətirin!” Nəhayət, dağın iki yamacı arasını (dəmir parçaları ilə) doldurduqda: “Körükləyin!”– dedi. (Dəmir) közərən kimi: “Gətirin mənə, onun üstünə ərimiş mis töküm!”– dedi.
Bünyadov-Məmmədəliyev:
Mənə dəmir parçaları gətirin!” (Onlar gətirdilər). O (Zülqərneyn) iki dağın arasını (dəmir parçaları ilə doldurub) bərabərləşdirən kimi: “(Körükləri) üfürün!” dedi. (Onlar körükləri üfürdülər). (Zülqərneyn dəmiri) od halına salınca: “Mənə ərimiş mis gətirin, onun üstünə tökün!” dedi. (Dəmir mis bir-birinə qarışdı, ərimiş mis divarın dəliklərini doldurdu beləliklə, möhkəm bir sədd əmələ gəldi).
Elmir Quliyev :
Подайте мне куски железа". Заполнив пространство между двумя склонами, он сказал: "Раздувайте!" Когда они стали красными, словно огонь, он сказал: "Принесите мне расплавленную медь, чтобы я вылил ее на него".
Ələddin Sultanov:
Mənə dəmir parçaları gətirin!” Nəhayət, iki dağın arasını eyni səviyyəyə gətirdiyi zaman o: “(Körükləri) üfürün!” - dedi. Onu od halına saldığı zaman: “Mənə gətirin, onun üzərinə ərimiş mis töküm!” - dedi.
Kerbelayi Malik ağa:
‘Mənə dəmir parçaları gətirin. İki dağın arası eyni səviyyəyə gəldikdə körükləyin.’ dedi. Onu od halına salınca ‘Mənə ərimiş mis gətirin, onun üzərinə tökəcəm.’ dedi.
Ələsgər Musayev:
Mənə dəmir parçaları gətirin!» Ta onda ki, iki qayanın arasını doldurub bərabər etdi, dedi: «Üfürün!». Ta onda ki, onu oda döndərdi, dedi: «Gətirin mənim üçün metalı onun üzərinə töküm!»
A.Mehdiyev və D.Cəfərli:
Mənə böyük dəmir parçaları gətirin.» Nəhayət, elə ki, iki dağın arasını (dəmir parçaları düzməklə) bərabərləşdirdi (dəmir divarın hündürlüyü dağların başı ilə bir oldu), dedi: «(Dəmirlərin arasına yanan maddə töküb böyük ocaqlar qalayaraq) üfürün». Nəhayət, hamısını (əridib) od (kimi) edəndə, dedi: «Onun üzərinə (aralarındakı deşiklərə) tökmək üçün mənə ərimiş mis gətirin.»
Kövsər Tağıyev:
“Mənə (lazımi miqdarda) dəmir gətirin”, dedi. İki yamacın arasındakı boşluğu (dağlarla) eyni səviyyəyə çatdırdıqda: “Körükləyin!” dedi. Dəmiri əridib od halına gətirdikdə isə: “Mənə ərimiş mis gətirin, bunun üstünə töküm”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Mənə dəmir parçalan gətirin.” O, (dəmir parçalarını) iki yamağın arasına döşəyib dedi: “Üfürün !” Onu od kimi közərdib dedi: "Gətirin mənə, onun üzərinə əridilmiş mis töküm.”
Sabirə Dünyamalıyeva:
Nəhayət, hədəflər bərabər olduğu zaman: "Hazırlayın müqaviləni!" dedi. Nəhayət, müqavilə hazırlandıqda, 'Gətirin mən imzalayım' dedi.