Əlixan Musayev:
O dedi: “Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu (bəzək əşyalarının üstünə) atdım. Nəfsim məni (buna) sövq etdi”.
Bünyadov-Məmmədəliyev:
(Samiri) belə cavab verdi: “Mən (İsrail oğullarının) görmədiklərini (Cəbraili) gördüm (yaxud bilmədiklərini bildim). Mən o Rəsulun (Allah elçisinin) ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu (çaladakı od içində əriyən bəzək şeylərinə) atdım (o da dönüb böyürən bir buzov oldu). Beləcə, öz nəfsim məni bu işə sövq etdi”. (Nəfsim bu işi mənə xoş göstərdi, mən də ona uydun).
Elmir Quliyev
:
Тот сказал: "Я видел то, чего не видели они. Я взял пригоршню со следов посланца (коня Джибрила) и бросил ее. Моя душа соблазнила меня на это".
Ələddin Sultanov:
(Samiri) dedi: “Mən onların görmədiklərini gördüm. Belə ki, elçinin (Cəbrailin) ləpirindən bir ovuc (torpaq) alıb onu (ərimiş zinət əşyalarının içinə) atdım. Nəfsim bunu mənə gözəl göstərdi”.
Kerbelayi Malik ağa:
(Samiri): ‘Mən onların görmədiyi şeyi gördüm. Rəsulun (Cəbrayıl ə.s) izindən bir ovuc torpaq götürdüm. Sonra da onu (ərimiş zinətlərin üstünə) atdım. Beləcə (bu), nəfsimə gözəl göründü.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Mən
gördüm onu ki, onlar görmədilər. Mən bir çəngə torpaq
götürdüm rəsulun ayağının altından və onu atdım və belə
nəfsim istədi».
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Mən onların görmədiyi və bilmədiyi bir şeyi (mələyin ayağının torpağının hərəkət etməsini və heykəltəraşlıq peşəsini) gördüm və bildim. Beləliklə həmin elçinin (yəni Cəbrailin) ayağının torpağından bir ovuc götürdüm və onu (buzovun heykəlinin içinə) atdım (və o buzov səsi çıxartdı və camaatı ona ibadət etməyə dəvət etdim). Və nəfsim (bu çirkin əməli) mənə beləcə gözəl göstərdi.»
Kövsər Tağıyev:
Samiri belə dedi: “Mən onların görmədiyini gördüm. Rəsulun izindən bir ovuc ovucladım və onu atdım. Belə etməyi nəfsim mənə gözəl göstərdi”.
M.Qənioğlu və T.Bilaloğlu:
Samiri dedi: “Mən onların görmədiyini gördüm. Mən peyğəmbərin izindən bir ovuc torpaq götürüb (oddakı ərintinin üstünə) atdım. Nəfsim məni (buna) sövq etdi.”
Sabirə Dünyamalıyeva:
Samiri: "Mən onların anlamadıqları bir şeyi anladım, elçinin əsərindən bir ovuc almışdım, sonra da onu götürüb atdım. Və bunu, mənə nəfsim beləcə xoş göstərdi" dedi.