Ənbiya Surəsi 96. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Nəhayət, Yəcuc Məcuc (səddi) açıldığı onlar təpələrdən axışıb gəldikləri zaman;
Bünyadov-Məmmədəliyev:
Nəhayət, Yəcuc-Məcüc (səddinin) açılıb (dağılıb) onlar hər tərəfdən (alçaq yüksək təpələrdən) sürətlə (məhşərə) axışdıqları zaman;
Elmir Quliyev :
пока Йаджудж и Маджудж (Гог и Магог) не будут выпущены и не устремятся вниз с каждой возвышенности.
Ələddin Sultanov:
Nəhayət, Yəcuc Məcuc səddi açıldığı onlar hər təpədən sürətlə axışdıqları zaman;
Kerbelayi Malik ağa:
Nəhayət yəcüc məcüc sədləri açıldığı zaman bütün təpələrdən (hər tərəfdən) hücum edərlər.
Ələsgər Musayev:
ta onda ki, açılacaq Yəcuc Məcuc onlar külli dərə təpədən gələrlər.
A.Mehdiyev və D.Cəfərli:
(İnsanın ixtiyara malik olması Qiyamət əlamətlərinin zühuruna, səddin sınması nəticəsində) Yə'cuc ilə Mə'cuc(un yolu) açılana onların yüksəkliklərdən sürətlə töküldükləri zamana kimi (davam e)dir.
Kövsər Tağıyev:
Nəhayət, Yəcuc Məcucun önü açıldığı zaman hər təpədən axın edərlər.1
M.Qənioğlu və T.Bilaloğlu:
qədər ki, Yə'cuc-Mə'cuc (səddi) dağılmayıb onlar hər tərəfdən axışıb gəlməyiblər [qiyamət gününə qədər].
Sabirə Dünyamalıyeva:
Hatta axın edənlər [onların] sərkərdəsi[#301] açıldığı zaman, onlar yüksək təpədən axın edib çıxarlar.