Ənam Surəsi 96. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Dan yerini O sökür. O, gecəni dinclik, günəşi ayı isə (vaxt üçün) hesablama (ölçüsü) etdi. Bu, Qüdrətli Bilən Allahın müəyyən etdiyi hökmdür.
Bünyadov-Məmmədəliyev:
(Gecənin zülmətindən) səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi ayı (vaxt üçün) bir ölçü vasitəsi edən Odur. (Bütün) bunlar yenilməz qüvvət sahibi, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür).
Elmir Quliyev :
Он раскрывает утреннюю зарю. Он предназначил ночь для покоя, а солнце и луну для исчисления. Таково установление Могущественного, Знающего.
Ələddin Sultanov:
(Allah gecənin zülmətindən) səhəri yarıb çıxarandır. O, gecəni bir istirahət vaxtı, günəşi ayı da bir ölçü vasitəsi təyin etmişdir. (Bütün) bunlar yenilməz qüvvət sahibi hər şeyi bilən Allahın təqdiridir.
Kerbelayi Malik ağa:
Səhəri (fəcr vaxtını) yarıb çıxarandır. Gecəni istirahət vaxtı günəşi ayı (hərəkətlərini çox incə hesablarla dizayn edərək) zamanı hesab vasitəsi etdi. Bu Əziz Alim olanın (Allahın) təqdiridir.
Ələsgər Musayev:
O sübhü açan gecəni sakin olmaq üçün etdi şəmsi qəməri isə hesab üçün. Bu, təqdiridir Əzizin, Alimin!
A.Mehdiyev və D.Cəfərli:
Sübhü yaran (da Allah)dır. O, gecəni rahatlanma mənbəyi, günəş ayı (düzgün dəqiq) hesablama üçün vasitə etmişdir (ki, yerin öz oxu günəş ətrafında fırlanmasından günəş ili ayı, ayın yer kürəsi ətrafında fırlanmasından isə qəməri ili ayı yaranır). Budur O qüdrətli bilənin ölçü miqyası!
Kövsər Tağıyev:
O, qaranlığı yarıb səhəri çıxarandır. Gecəni dincəlmə vaxtı, günəşi ayı da incə bir hesab ölçüsü etdi. Bütün bunlar mütləq güc sahibinin, haqqı ilə bilənin təqdiridir (ölçüb biçməsidir).
M.Qənioğlu və T.Bilaloğlu:
O, dan yerini sökəndir. O, gecəni dinclik, günəşi ayı isə vaxt hesabı üçün yaratdı. Bu, qüvvət elm sahibinin müəyyən etdiyi hökmdür.
Sabirə Dünyamalıyeva:
Dan yerini yarıb çıxarandır. Gecəni bir istirahət vaxtı etmiş, günəşi ayı hesab ilə yaratmışdır. Bu, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, çox yaxşı bilənin təqdiridir, nizamlamasıdır.