Yusif Surəsi 97. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Ey atamız! (Allahdan) bizim günahlarımızın bağışlanmasını dilə. Doğrudan da, biz, günahkar olmuşuq”.
Bünyadov-Məmmədəliyev:
(Oğlanları ona: ) “Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!” dedilər.
Elmir Quliyev :
Они сказали: "Отец наш! Попроси прощения нашим грехам. Воистину, мы были грешниками".
Ələddin Sultanov:
(Oğulları) dedilər: “Ay ata, günahlarımızın bağışlanması üçün (Allahdan) əfv dilə! Həqiqətən, biz günahkar olmuşuq”.
Kerbelayi Malik ağa:
(Yusif (ə.s)in qardaşları) belə dedilər: ‘Ey atamız! Bizim günahlarımız üçün məğfirət dilə. Həqiqətən biz bilərək günah işləyənlərdən olduq.’
Ələsgər Musayev:
Dedilər: «Ay atamız! Bizim günahımızın bağışlanmasını istə. Həqiqətən, biz xəta edənlər olduq!»
A.Mehdiyev və D.Cəfərli:
(Yəqubun oğlanları) dedilər: «Ey ata, (Allahdan) bizim günahlarımızın bağışlanmasını istə ki, həqiqətən biz səhv etmişik».
Kövsər Tağıyev:
Oğulları: “Ey atamız! Allahdan günahlarımızın bağışlanmasını dilə. Biz həqiqətən, günahkar idik”, dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Atamız! Günahlarımızın bağışlanmasını Allahdan dilə! Doğrudan da biz xəta işlətmişik".
Sabirə Dünyamalıyeva:
Dedilər ki: "Ey atamız! Bizim üçün günahlarımıza görə əfv dilə. Şübhəsiz ki, biz xətalı idik."