Əlixan Musayev:
Yəcuc və Məcuc tayfaları nə (səddin) üstünə çıxa bildilər, nə də onu dəlib keçə bildilər.
Bünyadov-Məmmədəliyev:
(Yəcuc–Məcuc tayfaları) artıq nə (səddi) aşa bildilər, nə də onu dəlib keçə bildilər.
Elmir Quliyev
:
Они (племена Йаджудж и Маджудж) не смогли забраться на нее и не смогли пробить в ней дыру.
Ələddin Sultanov:
Beləcə (Yəcuc-Məcuc tayfaları) nə o səddi aşa bildilər, nə də onu deşib keçə bildilər.
Kerbelayi Malik ağa:
Artıq onu (səddi) nə aşa bilərlər və nə də onu dəlib keçməyə gücləri çatmaz.
Ələsgər Musayev:
Bacarmadılar ki, üzərindən aşsınlar
və bacarmadılar ona lağım vursunlar.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə (Yə’cuc və Mə’cuc tayfaları) bir daha onun üstünə çıxa bilmədilər və onda bir dəlik aça bilmədilər.
Kövsər Tağıyev:
Daha onu nə aşa bildilər, nə də deşə bildilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar [Yə‘cuc-Mə‘cuc] nə onun üzərinə çıxa bildilər, nə də onu yarıb keçə bildilər.
Sabirə Dünyamalıyeva:
Artıq, söz anlamaz o qövmün, möhkəm hazırlanan müqaviləni aşmağa gücü çatmadı, onu zədələməyə də gücü çatmadı.[#290]