Əlixan Musayev:
Mələklər özlərinə zülm edənlərin canlarını alarkən (onlara): “Siz nə halda idiniz?”– deyəcəklər. Onlar: “Biz yer üzündə zəif insanlar idik!”– deyəcəklər. (Mələklər də onlara): “Məgər Allahın torpağı o qədər geniş deyildimi ki, siz orada hicrət edəydiniz?”– deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir.
Bünyadov-Məmmədəliyev:
Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər içərisində qalıb hicrət etməyənlərin) canlarını alarkən (onlara) deyəcəklər: “Siz (hicrət zamanı) nə işdə idiniz?” Onlar söyləyəcəklər: “Biz yer üzərində zəif (aciz) kəslər idik.” (Mələklər də onlara: ) “Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?” – deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir!
Elmir Quliyev
:
Тем, кого ангелы умертвят чинящими несправедливость по отношению к самим себе, скажут: "В каком положении вы находились?" Они скажут: "Мы были слабы и притеснены на земле". Они скажут: "Разве земля Аллаха не была обширна для того, чтобы вы переселились на ней". Их обителью станет Геенна. Как же скверно это место прибытия!
Ələddin Sultanov:
Mələklər özlərinə zülm edənlərin canlarını alarkən dedilər: “Nə işlə məşğul idiniz?” Onlar dedilər: “Biz yer üzündə aciz idik”. Mələklər dedilər: “Allahın yeri hicrət edəcəyiniz qədər geniş deyildimi?!” Onların sığınacaqları yer cəhənnəmdir. O necə də pis dönüş yeridir!
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, mələklər öz nəsflərinə zülm edənləri öldürərkən: ‘Siz harada (nə işdə) idiniz?’ dedilər. (Onlar da): ‘Biz yer üzündə zəif (gücsüz) kimsələr idik.’ dedilər. (Mələklər): ‘Allahın yer üzü geniş deyildimi? Elə isə orada hicrət etsəydiniz!’ dedilər. Onların gedəcəyi yer cəhənnəmdir və o pis bir dönüş yeridir.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, nəfslərinə zülm edirlər, mələklər
onların canlarını alanda deyərlər: «Siz hansı halda oldunuz?»
Deyərlər: «Biz zəif olduq ərzdə!» Deyərlər: «Ə, olmadımı ərzi
Allahın geniş və orada hicrət edəsiniz?» Həmin onların
sığınacaqları yer cəhənnəmdir və necə pis limandır!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən mələklər özlərinə zülm etməkdə olan kəslərin canlarını alarkən (onlara) deyəcəklər: «(Din baxımından) nə (vəziyyət)də idiniz?». Deyəcəklər: «Biz yer üzündə (iman və əməl cəhətdən) zəif (vəziyyətdə saxlanılmış halda) idik». Mələklər deyəcəklər: «Məgər Allahın yeri geniş deyildi ki, orada (küfr mühitindən İslam mühitinə) hicrət edəydiniz?!» Odur ki, onların yerləri Cəhənnəmdir və ora çox pis bir dönüş yeridir.
Kövsər Tağıyev:
Mələklər özlərinə zülm edənlərin canlarını aldıqları zaman belə deyərlər: “Nə halda idiniz? (Nə üçün hicrət etmədiniz?)” Onlar da: “Biz yer üzündə zəif və gücsüz kimsələr idik”, – deyərlər. Mələklər: “Allahın ərzi geniş deyildimi, orada hicrət edəydiniz!” – deyərlər. Bunların gedəcəkləri yer cəhənnəmdir. O necə də pis yerdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Mələklər özlərinə zülm edənlərin canlarını alarkən deyərlər: "Siz nə halda idiniz?" Onlar söyləyəcəklər “Biz yer üzündə zəif düşmüşlər idik." Mələklər deyərlər: “Məgər Allahın torpağı o qədər geniş deyildimi ki, siz hara isə hicrət edə bilməyəsiniz?" Onların yeri cəhənnəmdir. O, necə də pis yerdir!
Sabirə Dünyamalıyeva:
Öz-özlərinə haqsızlıq edərkən, keçmişdə etdikləri və etməli olduqları halda etmədikləri həqiqətən [bu iş üçün tapşırıq alan] qüvvələr tərəfindən bir-bir özlərinin yadına salınan kəslərin vəziyyətinə gəldikdə; tapşırıq almış qüvvələr: "Nə işdə idiniz?" deyərlər. Onlar: "Biz yer üzündə zəiflədilmiş kəslər idik" deyərlər. Tapşırıq almış qüvvələr: "Allahın torpağı geniş deyildimi ki, siz orada hicrət edəydiniz?" deyərlər.