Maidə Surəsi 97. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah Kəbəni müqəddəs evi, haram ayı, qurbanı boynuna nişan taxılmış qurbanlıq heyvanları insanların işlərini yoluna qoymaq (üçün bir vasitə kimi müəyyən) etdi. Bu ona görədir ki, siz göylərdə yerdə olanların Allaha bəlli olmasını Allahın hər şeyi Bilən olduğunu anlayasınız.
Bünyadov-Məmmədəliyev:
Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni haram ayı (zülhiccəni), (Kəbəyə gətirilən) boyunları bağsız bağlı (boyunlarına nişan taxılmamış taxılmış) qurbanları insanların (dini dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə yerdə varsa (hamısını) bilməsini, özü Allahın hər şeyi (layiqincə) bilən olmasını siz biləsiniz!
Elmir Quliyev :
Аллах сделал Каабу, Заповедный дом, а также запретный месяц, жертвенных животных и животных (или людей) с ожерельями опорой для людей. Это для того, чтобы вы знали, что Аллаху известно о том, что на небесах, и том, что на земле, и что Аллах ведает о всякой вещи.
Ələddin Sultanov:
Allah müqəddəs ev olan Kəbəni, haram ayı, həcc qurbanını (qurbanlığın boynuna asılan) boyunbağları insanlar üçün bir dayaq (dolanacaq vasitəsi) etdi. Bu, Allahın göylərdə yerdə varsa, hamısını bildiyini hər şeydən xəbərdar olduğunu dərk etməyiniz üçündür.
Kerbelayi Malik ağa:
Allah Beyti Haram olan Kəbəni, Haram ayını, həcc qurbanını boynuna qurban nişanəsi taxılmış qurbanlıqları insanların həyatlarını yoluna qoymaq üçün müəyyən etdi. Bu ‘Allahın göylərdə yerlərdə olanı bildiyini Allahın hər şeyi ən yaxşı bilən olduğunu’ bilməyiniz üçündür.
Ələsgər Musayev:
Allah etdi kəbəni hörmətli evi insanların qiyamı üçün hörmətli şəhrləri hədiyyələri bəzədilmişləri. Bu, bilməniz üçündür ki, Allah bilir ki, səmalarda ki, ərzdə var. Həqiqətən, Allah küllisi ilə şeyin Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Allah Kə’bəni o möhtərəm təhlükəsiz evi, haram ayı (Həcc ayını ya dörd haram ayı), nişanəsiz qurbanlığı nişanəli qurbanları insanların (din dünyasının) dayaq bərqərarlıq vasitəsi etdi. Bu (böyük hikmətli qanunvericilik) ona görədir ki, siz biləsiniz (ki): Şübhəsiz, Allah göylərdə olanı yerdə olanı bilir Allah hər bir şeyi biləndir.
Kövsər Tağıyev:
Allah Kəbəni o hörmətli evi, haram ayı, həcc qurbanını (bu qurbanlara taxılmış) boyunbağıları insanlar(ın din dünyaları) üçün dirilik (və canlanma) səbəbi etdi. Bunlar göylərdə yerdə varsa hamısını Allahın bildiyini Allahın (zatən) hər şeyi haqqı ilə bildiyini bilməyiniz üçündür.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah Kəbəni - Beytül-Həramı insanlar üçün bir (maddi mənəvi) güzəran yeri, haram ayını, qurban edilən qurbanlıq kimi nişanlanan heyvanları da müəyyən etdi ki, göylərdə yer üzündə olanların Allaha bəlli olduğunu Allahın hər şeydən xəbərdar olduğunu biləsiniz.
Sabirə Dünyamalıyeva:
Allah, Kəbəni; o Beytülhəramı, haram ayı, həcc edənlərə yemək üçün heyvan hədiyyə etməyi gərdənlikləri/həcc edənlərin yeməsi üçün göndərilən heyvanlara vurulan nişanları insanların ayağa qalxması; silkinməsi, özlərini xilas etməsi üçün [bir vasitə] etdi. Bu ona görədir ki, Allahın göylərdə yerdə olan hər şeyi bildiyini Allahın hər şeyi layiqincə bilən olduğunu siz biləsiniz.