Əlixan Musayev:
(Firon) Qiyamət günü öz camaatının qabağına düşüb onları Oda aparacaq. Girəcəkləri yer nə pis yerdir!
Bünyadov-Məmmədəliyev:
(Firon) qiyamət günü camaatının qabağında gedib onları atəşə (Cəhənnəmə) aparacaq; Onların düşəcəkləri yer necə də pisdir!
Elmir Quliyev
:
В День воскресения Фараон возглавит свой народ и приведет их в Огонь. Отвратительно то место, куда их поведут!
Ələddin Sultanov:
O, qiyamət günü öz qövmünün qabağına keçib onları cəhənnəmə aparacaq. Aparıldıqları yer necə də pisdir!
Kerbelayi Malik ağa:
(Firon) qiyamət günü qövmünün önünə keçərək beləcə onları atəşə aparacaq və girəcəkləri yer nə pis bir yerdir.
Ələsgər Musayev:
Qiyamət günündə o qoumunun qabağına düşüb onları
cəhənnəmə varid edər. Varid olanlar üçün çox pis yerdir.
A.Mehdiyev və D.Cəfərli:
O, (Firon) Qiyamət günü öz qövmünün qabağında gedəcək, beləliklə də onları (Cəhənnəm) od(un)a daxil edəcəkdir. Və onların düşəcəkləri yer necə də pisdir!
Kövsər Tağıyev:
Firon qiyamət günündə qövmünün önünə düşəcək və onları atəşə aparacaq. Nə pis mənzildir ora!
M.Qənioğlu və T.Bilaloğlu:
O qiyamət günü öz camaatının qarşısına düşərək, onları cəhənnəm oduna sürükləyəcək. Düşəcəkləri yer nə pis bir yer!
Sabirə Dünyamalıyeva:
Firon qiyamət günündə tayfasının qabağına düşər. -Artıq Firon, öz tayfasını atəşə aparmışdır. O gedilən yer nə pis bir yerdir!-