Əlixan Musayev:
O dedi: “Mən Rəbbimdən sizin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”.
Bünyadov-Məmmədəliyev:
(Yəqub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!”
Elmir Quliyev
:
Он сказал: "Я попрошу моего Господа простить вас, ведь Он — Прощающий, Милосердный".
Ələddin Sultanov:
(Yaqub) dedi: “Rəbbimdən, sizin üçün əfv diləyəcəyəm. Şübhəsiz ki, O, bağışlayandır, rəhmlidir”.
Kerbelayi Malik ağa:
‘Sizin üçün Rəbbimdən yaxında məğfirət istəyəcəm. Şübhəsiz ki, O Ğafurdur, Rəhimdir.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Rəbbimdən sizin üçün
bağışlanmaq istəyəcəyəm. Həqiqətən, O Ğəfurdur, Rəhimdir!»
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Tezliklə sizin üçün öz Rəbbimdən bağışlanmaq istəyərəm (qoyun cümə axşamı olsun və ya Yusufa qovuşmaq günü gəlib çatsın). Şübhəsiz, O, çox bağışlayan və mehribandır».
Kövsər Tağıyev:
Yaqub: “Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. Şübhəsiz, O, çox bağışlayandır, çox mərhəmət edəndir”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Mən sizin üçün öz Rəbbimdən bağışlama istəyərəm. Axı O, bağışlayandır, rəhmlidir".
Sabirə Dünyamalıyeva:
Yəqub dedi ki: "Sizin üçün Rəbbimdən gələcəkdə əfv diləyəcəyəm. Şübhəsiz ki, O çox bağışlayandır, çox rəhm edəndir!"