Nəhl Surəsi 98. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın!
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Quran oxumaq istədiyin zaman məlun Şeytandan Allaha sığın! (“Əuzu billahi minəş-şeytanır-rəcim” sözlərini de!)
Elmir Quliyev :
Когда ты читаешь Коран, то ищи у Аллаха защиты от дьявола изгнанного, побиваемого.
Ələddin Sultanov:
Quran oxuduğun zaman qovulmuş şeytandan Allaha sığın! (Bu ayədə Allah-Təala Quran oxumaq istəyənə əvvəlcə şeytanın şərindən Allaha sığınmasını əmr edir. Belə ki, Quran oxumağa başlayan bir müsəlman “Əuzu billəhi minəş-şəytanir-racim” deyərək oxumağa başlamalıdır. Bunun mənası “Qovulmuş şeytandan Allaha sığınıram!” deməkdir.)
Kerbelayi Malik ağa:
Elə isə Qurani Kərimi oxuduğun zaman qovulmuş şeytandan dərhal Allaha sığın.
Ələsgər Musayev:
Onda ki, Qur’an qiraət edirsən, pənah apar Allah ilə, müraciət etmiş şeytandan.
A.Mehdiyev və D.Cəfərli:
Qur’an oxuyan zaman, qovulmuş Şeytandan Allaha pənah apar.
Kövsər Tağıyev:
Qur`an oxuduğun zaman qovulmuş şeytandan Allaha sığın.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən Quran oxuduqda daşqalaq olunmuş şeytandan qorunmaq üçün Allaha sığın.
Sabirə Dünyamalıyeva:
Elə isə, Quran öyrənib-öyrətdiyin zaman Rəcim Şeytandan; [ağılınıza dərhal gələn, yaxşı-yaxşı fikirləşib götür-qoy etməyin nəticəsi olmayan, sizi məhvə götürəcək əsassız fikirlər meydana atan zehin qabiliyyətindən] Allaha sığın/sığındığına inan.