İsra Surəsi 98. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bu, ayələrimizi inkar etdiklərinə və: “Məgər biz sür-sümük ovuntu olduğumuz halda yeni bir məxluq olaraq dirildiləcəyik?”– dediklərinə görə onların cəzasıdır.
Bünyadov-Məmmədəliyev:
Bu, ayələrimizi inkar etdiklərinə və: “Sür-sümük, çürüyüb ovxalanmış torpaq olduğumuz halda, biz dirildilib yeni bir məxluqmu olacağıq?” dediklərinə görə onların cəzasıdır.
Elmir Quliyev :
Таково возмездие им за то, что они не уверовали в Наши знамения и говорили: "Неужели после того, как мы превратимся в прах и частички, мы будем воскрешены в новом творении?"
Ələddin Sultanov:
Bu, onların cəzasıdır. Çünki onlar ayələrimizi inkar etmiş və: “Sür-sümük olub çürüdükdən sonra həqiqətən, yenidən dirildiləcəyikmi?” - demişdilər.
Kerbelayi Malik ağa:
Bu, onların ayələrimizi inkar etmələrindən ‘Biz sümük toz halına gəlmiş torpaq olduğumuz zamanmı? Bizmi həqiqətən yeni bir yaradılışla mütləq bəas ediləcəyik (dirildiləcəyik)?’ demələri səbəbiylə onların cəzasıdır.
Ələsgər Musayev:
Bu, onların cəzasıdır, ona görə ki, onlar kafir oldular ayətlərimizlə Bizə dedilər: «Ə, onda ki, biz sümüklər ovuntu olduq, ə, həqiqətən, biz qalxıb yeni xəlqmi olacağıq?»
A.Mehdiyev və D.Cəfərli:
Bu (əzab) Bizim ayə nişanələrimizə küfr etdiklərinə «biz bir ovuc sümük çürümüş üzvlər olan zaman yeni bir yaradılışla diriləcəyik?!» dediklərinə görə onların cəzasıdır.
Kövsər Tağıyev:
Bu, onların cəzasıdır. Çünki onlar ayələrimizi inkar etdilər və: “Biz sür-sümük ovxalanmış bir yığıntı olduğumuz zaman yeni bir yaradılışla dirildiləcəyikmi?” dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, onların ayələrimizi inkar etdiklərinə "Əgər biz sür-sümük çürüntülər olarıqsa bizi yenidən bir məxluq kimi diriltməkmi olar?!” demələrinə görə onların cəzasıdır.
Sabirə Dünyamalıyeva:
Bax bu, onların ayələrimizi/işarətlərimizi/nişanələrimizi ört-basdır etmiş olmaları "Bizlər, bir sür-sümük ovxalanmış toz olduqdan sonra həqiqətən yenidən dirildiləcəyik?" demələri səbəbiylə onların cəzasıdır.