Kəhf Surəsi 98. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Zülqərneyn) dedi: “Bu, Rəbbimdən olan bir mərhəmətdir. Rəb­­bimin vədi gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir”.
Bünyadov-Məmmədəliyev:
O (Zülqərneyn) dedi: “Bu (sədd) Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt (qiyamətə yaxın Yəcuc–Məcüc tayfalarının dünyanı bürüyəcəyi zaman) gəldikdə isə (Allah) onu yerlə yeksan (dümdüz) edəcəkdir. Rəbbimin vədi haqdır!” (Allahın buyurduğu hər bir şey, o cümlədən İsgəndərin səddinin dağılması, Yəcuc–Məcuc tayfalarının yer üzünün hər tərəfinə səpələnməsi, orada fitnə-fəsad törətməsi, nəhayət bir cür həşərat tərəfindən məhv edilməsi mütləq baş verəcəkdir).
Elmir Quliyev :
Он сказал: "Это милость от моего Господа! Когда же исполнится обещание моего Господа, Он сровняет ее с землей. Обещание моего Господа является истиной".
Ələddin Sultanov:
(Zülqərneyn) dedi: “Bu, Rəbbimdən gələn bir mərhəmətdir. Ancaq Rəbbimin vədi gəldiyi zaman O, bu səddi yerlə yeksan edəcəkdir. Rəbbimin vədi haqdır”.
Kerbelayi Malik ağa:
(Zülqərneyn): ‘Bu, Rəbbimdən bir rəhmətdir. Amma Rəbbimin vədi gəldiyi zaman onu yerlə yeksan edəcəklər. Rəbbimin vədi haqdır.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Bu rəhmət Rəbbimdəndir. Onda ki, Rəbbimin vədəsi gəldi, onu toza çevirər Rəbbimin vədəsi haqq olar!»
A.Mehdiyev və D.Cəfərli:
(Zülqərneyn) dedi: «Bu (əməl) mənim Rəbbim tərəfindən (Onun vədi yetişənə kimi) bir rəhmətdir. Beləliklə, Rəbbimin (səddin viran olması ya Qiyamətin qopması barəsindəki) vədi yetişəndə (Allah) onu alt-üst edəcəkdir. Mənim Rəbbimin vədi həmişə haqq sabitdir.»
Kövsər Tağıyev:
Zülqərneyn: “Bu, Rəbbimin bir rəhmətidir. Rəbbimin vədi (qiyamətin qopma saatı) gəldikdə onu yerlə bir edər. Rəbbimin vədi haqdır”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Bu mənim Rəbbimdən olan bir mərhəmətdir Mənim Rəbbimin vədi gəldikdə isə O, bunu toza döndərəcəkdir. Rəbbimin vədi haqdır".
Sabirə Dünyamalıyeva:
İki çağın sahibi dedi ki: "Bu möhkəm müqavilə Rəbbimin bir mərhəmətidir. Artıq, Rəbbimin verdiyi vədin vaxtı gəldikdə, onu düppədüz edəcək. Rəbbimin vədi haqdır."