Taha Surəsi 98. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sizin tanrınız yalnız Özündən başqa heç bir tanrı olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir”.
Bünyadov-Məmmədəliyev:
Sizin tanrınız ancaq O Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elm (Öz əzəli elmi) ilə hər şeyi ehtiva etmişdir!”
Elmir Quliyev :
Вашим Богом является Аллах, кроме Которого нет иного божества. Он объемлет знанием всякую вещь".
Ələddin Sultanov:
Sizin ilahınız Özündən başqa heç bir ilah olmayan Allahdır! O, elmi ilə hər şeyi əhatə etmişdir”.
Kerbelayi Malik ağa:
Sizin İlahınız yalnız Allahdır ki, Ondan başqa İlah yoxdur. Elmi ilə hər şeyi əhatə etmişdir.
Ələsgər Musayev:
Həqiqətən, sizin Ilahiniz ancaq Allahdır - Odur ki, yoxdur ilahi, ancaq Odur. Vəsidir külli şeyə elmnən!»
A.Mehdiyev və D.Cəfərli:
Sizin məbudunuz yalnız (bütün kamilliklərə malik zatı vacib olan) Allahdır ki, Ondan başqa bir məbud yoxdur. Onun elmi ( vücudu, qüdrəti mərhəməti kimi) hər şeyi əhatə etmişdir.
Kövsər Tağıyev:
Sizin ilahınız ondan başqa heç bir ilah olmayan Allahdır. O, elmi ilə hər şeyi əhatə etmişdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizin tanrınız Özündən başqa heç bir tanrı olmayan Allahdır. O, hər şeyi Öz biliyi ilə əhatə edir".
Sabirə Dünyamalıyeva:
Sizin məbudunuz ancaq Özündən başqa heç bir məbud olmayan Allahdır. Şübhəsiz ki, Onun elmi hər şeyi əhatə etmişdir.-