Ənbiya Surəsi 98. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Ey kafirlər!) Siz Allahdan başqa tapındıqlarınız Cəhənnəm odunusunuz. Siz (mütləq) ora girəcəksiniz.
Bünyadov-Məmmədəliyev:
(Ey Məkkə əhli!) Siz Allahdan qeyri ibadət etdiyiniz bütlər isə cəhənnəm yanacağısınız (odunusunuz). Siz ora varid olacaqsınız!
Elmir Quliyev :
Вы и те, чему вы поклоняетесь вместо Аллаха, являетесь растопкой для Геенны, в которую вы войдете.
Ələddin Sultanov:
Şübhəsiz ki, siz Allahı qoyub ibadət etdikləriniz cəhənnəm yanacağısınız. Siz ora girəcəksiniz!
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, siz sizin Allahdan başqa tapındıqlarınız cəhənnəm yanacağısınız (odunusunuz). Siz ona girəcək olanlarsınız.
Ələsgər Musayev:
Həqiqətən, siz Allahın əvəzinə ibadət etdikləriniz odunusunuz cəhənnəmin. Siz ona varid olanlarsınız!
A.Mehdiyev və D.Cəfərli:
(Həmin gün kafirlərə xitab edilər ki:) «Həqiqətən siz Allahın yerinə ibadət etdikləriniz (bütlər, şəkillər, ulduzlar digər şeylər) Cəhənnəmin odunusunuz, siz hamınız ona daxil olacaqsınız.»
Kövsər Tağıyev:
Heç şübhəsiz, siz Allahdan başqa tapındıqlarınız cəhənnəmin odunusunuz. Siz oraya varid olacaqsınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz də, Allahdan başqa ibadət etdikləriniz cəhənnəm üçün odunsunuz siz oraya girəcəksiniz.
Sabirə Dünyamalıyeva:
Həqiqətən, siz Allahın altındakılardan tapındıqlarınız cəhənnəmin odunusunuz/yanacağısınız; siz ora daxil olacaqsınız.