Əlixan Musayev:
Onlar (İbrahimə) hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik.
Bünyadov-Məmmədəliyev:
Onlar onun üçün belə bir hiylə qurmaq istədilər, Biz isə onları çox səfil (zəlil) bir vəziyyətə saldıq. (Hiylələri baş tutmadı, İbrahimə heç bir şey edə bilmədilər).
Elmir Quliyev
:
Они замыслили против него козни, но Мы сделали их нижайшими.
Ələddin Sultanov:
(Bütpərəstlər) ona hiylə qurmaq istədilər, lakin Biz onları ən səfil kimsələrə çevirdik.
Kerbelayi Malik ağa:
Sonra ona qarşı hiylə işlətmək istədilər. Bunun üzərinə onları əsfəlin (ən çox səfil olanlar) etdik.
Ələsgər Musayev:
Onlar onun əleyhinə fənd etmək istədilər, Biz isə onları səfillər etdik.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, onun barəsində hiylə işlətmək qərarına gəldilər və Biz onları alçaltdıq. (İbrahimə də oddan nicat verdik.)
Kövsər Tağıyev:
Beləliklə, ona bir hiylə qurmaq istədilər. Biz də onları ən səfil vəziyyətə saldıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar ona qarşı fitnə qurmaq istədilər, Biz isə onları pərt etdik.
Sabirə Dünyamalıyeva:
Onlar, İbrahimə tələ qurmaq istədilər, ancaq Biz onları rəzillərə döndərdik.