Əlixan Musayev:
Ancaq (zülmə qarşı) çarə tapmağa qadir olmayan və (hicrət etməyə) yol tapa bilməyən zəif kişi, qadın və uşaqlar istisnadır.
Bünyadov-Məmmədəliyev:
Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar müstəsnadır.
Elmir Quliyev
:
Это не относится только к тем слабым мужчинам, женщинам и детям, которые не могут ухитриться и не находят правильного пути.
Ələddin Sultanov:
Kişilər, qadınlar və uşaqlardan aciz olub heç bir çarə və hər hansı bir yol tapa bilməyənlər isə istisnadır.
Kerbelayi Malik ağa:
Ancaq kişilərdən, qadınlardan və uşaqlardan heç bir çarə tapmağa gücü çatmayan, (hicrət üçün) bir yol tapa bilməyən, zəif (gücsüz) olanlar istisnadır.
Ələsgər Musayev:
Çarə
və hidayət yolu tapmayan zəif kişi və qadın və uşaqlardan
başqa.
A.Mehdiyev və D.Cəfərli:
Heç bir çarəsi olmayan və (hicrət etməyə) heç cür yol tapa bilməyən zəif salınmış kişi, qadın və uşaqlar (hakim qüdrətin və ya elm öyrənməyə mane olan mühitin zəif hala saldığı bu kəslər) müstəsnadırlar.
Kövsər Tağıyev:
Ancaq, həqiqətən, zəif və gücsüz olan, çarəsiz qalan və hicrət etməyə yol tapa bilməyən kişilər, qadınlar və uşaqlar istisnadır.
M.Qənioğlu və T.Bilaloğlu:
Bir çarə qıla bilməyən və bir yol tapa bilməyən zəif kişi, qadın və uşaqlar istisnadır.
Sabirə Dünyamalıyeva:
Artıq, -Kişilərdən, qadınlardan və uşaqlardan hicrətə gücü çatmayan, yönləndirildikləri doğru yolu tapa bilməyən kəslər istisna olmaqla- onların gedəcəkləri yer cəhənnəmdir. Və o, necə də pis qayıdış yeridir!