Maidə Surəsi 98. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Agah olun ki, Allah həm şiddətli cəza verəndir, həm Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Bilin ki, Allahın əzabı şiddətlidir Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev :
Знайте, что Аллах суров в наказании и что Аллах Прощающий, Милосердный.
Ələddin Sultanov:
Bilin ki, Allahın əzabı şiddətlidir Allah bağışlayandır, rəhm edəndir.
Kerbelayi Malik ağa:
Allahın cəzasının şiddətli olduğunu Allahın Ğafur (məğfirət edən), Rəhim (rəhmət nurunu göndərən mərhəmətli) olduğunu bilin!
Ələsgər Musayev:
Bilin ki, Allah şiddətlidir intiqama həqiqətən, Allah Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Bilin ki, Allah (həm) ağır cəzalandırandır (həm də) Allah çox bağışlayan mehribandır.
Kövsər Tağıyev:
Bilin ki, Allahın cəzası çətindir Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bilin ki, Allah şiddətli cəza verəndir Allah bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Allahın cəzasının çox şiddətli olduğunu şübhəsiz, Allahın çox bağışlayan, çox mərhəmətli olduğunu bilin.