Əlixan Musayev:
Onları həm burada, həm də Qiyamət günündə lənət təqib edəcəkdir. Onlara verilən pay nə pis paydır!
Bünyadov-Məmmədəliyev:
Onlar burada (dünyada) da, qiyamətdə (axirətdə) də lənətə düçar olmuşlar. Onların qisməti necə də pisdir!
Elmir Quliyev
:
Проклятия будут преследовать их здесь и в День воскресения. Отвратителен дар, которым их одарили!
Ələddin Sultanov:
Onlar həm burada, həm də axirətdə lənətə düçar oldular. Onlara verilən hədiyyə necə də pisdir!
Kerbelayi Malik ağa:
Burada və qiyamət günündə lənətə tabe edildilər. Verilən pay nə pis bir paydır.
Ələsgər Musayev:
Burada və qiyamət günündə onları lənətlə müşaiət edərlər. Bu,
çox pis hədiyyədir ki, verirlər.
A.Mehdiyev və D.Cəfərli:
Və burada (bu dünyada) və Qiyamət günündə onların arxasınca bir lənət göndərilmişdir. Onlara verilən (həmin lənət) necə də pis bir bəxşişdir!
Kövsər Tağıyev:
Onlar həm bu dünyada, həm də qiyamət günündə lənətə düçar edildilər. Nə pis dəstəkdir onlara verilən dəstək!
M.Qənioğlu və T.Bilaloğlu:
Bu (dünyada) da, qiyamət günü də onları lənət müşayiət edəcəkdir. Verilən ənam necə də pisdir!
Sabirə Dünyamalıyeva:
Və bu dünyada və qiyamət günündə lənətlənərək təqib edildilər. -Verilen bu bəxşiş nə pis bəxşişdir!-