Əlixan Musayev:
Onlar Yusufun yanına gəldikdə o, ata-anasını bağrına basıb dedi: “Əmin-amanlıqla Allahın istəyi ilə Misirə daxil olun!”
Bünyadov-Məmmədəliyev:
(Yəqub və ailəsi) Yusifin hüzuruna daxil olduqda o, ata-anasını (analığı olan xalasını) bağrına basıb: “İnşallah (hər şeydən) əmin olaraq Misirə daxil olun!” dedi.
Elmir Quliyev
:
Когда они вошли к Йусуфу (Иосифу), он прижал к себе родителей и сказал: "Входите в Египет без опаски, если этого пожелает Аллах".
Ələddin Sultanov:
(Yaqub və ailəsi Misirə gedib) Yusifin hüzuruna daxil olduqları zaman o, ata-anasını qucaqladı və belə dedi: “Allahın diləməsi ilə əmin-amalıq içində Misirə daxil olun!”
Kerbelayi Malik ağa:
Beləcə Yusifin hüzuruna daxil olduqları zaman ana və atasını qucaqladı. Belə dedi: ‘Allahın diləməsiylə əmin-amanlıq içində Misirə daxil olun.’
Ələsgər Musayev:
Amma elə ki, onlar Yusifin yanına daxil oldular,
valideynlərini qarşılayıb və dedi: «Daxil olun Misirə, əgər
istəsə Allah, əmin və amanda olarsınız!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, onlar Yusufun hüzuruna daxil olanda, o ata-anasını qucaqladı və onlara öz yanında yer verib dedi: «Allahın istəyi ilə əmin-amanlıqla Misir diyarına daxil olun».
Kövsər Tağıyev:
(Misirə gedib) Yusufun hüzuruna çıxdıqları zaman Yusuf ata-anasını bağrına basdı və: “Allahın iradəsi ilə əmin-amanlıq içində Misirə daxil olun”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar [Yaqub ailəsi ilə] Yusufun yanına gələndə o, ata-anasını bağrına basaraq: "İnşaallah, əmin-amanlıqla Misirə daxil olun!" - dedi.
Sabirə Dünyamalıyeva:
Nə zaman ki, onlar Yusifin yanına girdilər, o zaman Yusif anasını və atasını qucaqladı, bağrına basdı, yanına aldı və "Allahın diləməsiylə əmin-amanlıq içində Misirə daxil olun!" dedi.