Əlixan Musayev:
Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur!
Elmir Quliyev
:
Воистину, он не властен над теми, которые уверовали и уповают только на своего Господа.
Ələddin Sultanov:
Əlbəttə, iman gətirib Rəbbinə təvəkkül edənlərin üzərində onun (şeytanın) heç bir hökmranlığı yoxdur.
Kerbelayi Malik ağa:
Çünki onun amənu olanlar və Rəblərinə təvəkkül edənlər üzərində bir sultanlığı (hökmranlığı) yoxdur.
Ələsgər Musayev:
Həqiqətən, yoxdur onun sultanlığı üzərində o kəslərin ki, iman
gətiriblər və Rəblərinə təvəkkül edirlər.
A.Mehdiyev və D.Cəfərli:
Çünki, onun iman gətirən və özlərinin Rəbbinə təvəkkül edən kəslər üzərində (vəsvəsə etməkdən savayı başqa) bir hökmranlığı yoxdur.
Kövsər Tağıyev:
Həqiqət budur ki, iman edən və yalnız Rəblərinə təvəkkül edən kimsələr üzərində şeytanın bir hakimiyyəti yoxdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, onun [şeytanın] iman gətirib öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmü yoxdur.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, iman etmiş və işin nəticəsini Rəbbinə həvalə edən kəslər üzərində Rəcim Şeytanın heç bir məcburedici gücü yoxdur.