Əlixan Musayev:
Məgər onlar görmürlər ki, göyləri və yeri yaradan Allah onlar kimisini də yaratmağa qadirdir? Allah onlar üçün (elə) bir əcəl müəyyən etmişdir ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar isə küfrdən başqa bir şey qəbul etmədilər.
Bünyadov-Məmmədəliyev:
Məgər onlar (öləndən sonra bir daha diriləcəklərini inkar edənlər bu böyüklükdə) göyləri və yeri (yoxdan) yaradan Allahın (bu kiçiklikdə) onlar kimisini (yenidən, eynilə) yaratmağa qadir olduğunu görmürlərmi?! Allah onlar üçün bir əcəl (ölüm, yaxud əzaba düçar olma vaxtı) müəyyən etdi ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar (belə bir vəziyyətdə də) ancaq öz küfrlərində israr edib dururlar (küfrdən başqa bir şeyə razı olmurlar).
Elmir Quliyev
:
Неужели они не видят, что Аллах, сотворивший небеса и землю, может создать подобных им? Он установил для них срок, в котором нет сомнения, но беззаконники отвергают все, кроме неверия.
Ələddin Sultanov:
Bilmirlərmi ki, göyləri və yeri yaradan Allah onların bənzərini yaratmağa da qadirdir?! Allah onlar üçün bir əcəl təqdir etdi. Bunda heç bir şübhə yoxdur. Ancaq zalımlar inkarçılıqdan başqasını qəbul etmədilər.
Kerbelayi Malik ağa:
Onlar Allahın səmaları və yer üzünü yaratdığını və onların bir mislini də yaratmağa qadir olduğunu görmürlərmi? Onlar üçün onda (haqqında) şübhə olmayan bir əcəl təyin etdi. Buna baxmayaraq zülm edənlər yalnız inkar edərək qəbul etmədilər.
Ələsgər Musayev:
Ə, onlar
görmədilər ki, Allah Odur ki, xəlq etdi səmaları və ərzi,
qadirdir onların mislini xəlq etməyə və etdi onlar üçün əcəl ki,
onda şübhə yoxdur? Zalimlər küfrdən başqa bir şey qəbul
etməzlər.
A.Mehdiyev və D.Cəfərli:
Məgər onlar göyləri və yeri yaradan Allahın onlar(ın dünyadakı cismləri) kimisini (axirətdə də) yaratmağa (və onların eynilə Bərzəx ruhunu ora daxil etməyə) qadir olduğunu və (həmçinin) onlar üçün (dünya həyatında və Qiyamət gününədək Bərzəxdə) barəsində heç bir şəkk-şübhə olmayan müəyyən bir müddət qoymasını bilmədilər?! Lakin bu zalımlar inkar və küfrdən başqa hər bir şeydən boyun qaçırdılar.
Kövsər Tağıyev:
Onlar göyləri və yeri yaradan Allahın özləri kimisini yaratmağa qadir olduğunu görmədilərmi? Allah onlar üçün haqqında heç bir şübhə olmayan bir müddət təyin etmişdir. Lakin zalımlar ancaq küfrdə inad etdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar bilmirlər ki, göyləri və yeri yaratmış Allah onlar kimisini də yaratmağa qadirdir? O, onlar üçün heç bir şübhə yeri olmayan vaxtlar [ölüm, dirilmə, əzab və s. vaxtları] müəyyən etdi. Haqsızlıq edənlər isə ancaq küfrdə qalmaq istədilər.
Sabirə Dünyamalıyeva:
Onlar, göyləri və yeri yaradan Allahın, onların eynisi olan insanları meydana gətirməyə də qadir olduğunu və onlar üçün şübhəsiz bir möhlət təyin etdiyini də görmürlərmi? Bax, bu şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər, həqiqəti ört-basdır etməkdən başqa bir iş görmədilər/həmişə həqiqətləri örtməyə çalışdılar.