Əlixan Musayev:
O gün (Yəcuc və Məcuc tayfalarını) axışıb bir-birinə qarışmış halda buraxarıq. Sur üfürülən kimi məxluqatın hamısını bir yerə toplayarıq.
Bünyadov-Məmmədəliyev:
O gün (həddindən artıq çox olduqlarına görə) onları (yaxud bütün insanları başlı-başına) buraxarıq. Belə ki, onlar dalğalar kimi bir-birinə qarışarlar (heyrət onları bürüyər, özlərini itirib nə etdiklərini bilməzlər). Sur çalınan kimi onların (məxluqatın) hamısını bir yerə cəm edərik.
Elmir Quliyev
:
В тот день Мы позволим им (племенам Йаджудж и Маджудж) хлынуть друг на друга. И затрубят в Рог, и Мы соберем их (творения) всех вместе.
Ələddin Sultanov:
O gün Biz onları (dalğalar kimi) bir-birinə qarışmış bir halda qoyarıq. Sur çalınar və onların hamısını bir yerə cəm edərik.
Kerbelayi Malik ağa:
İzn günü onları bir-birlərinə qarışmış halda buraxdıq. Sura üfürüldü. O zaman onların hamısını topladıq.
Ələsgər Musayev:
O gün Biz tərk edərik bəzisini onları bəzisinin üzərində
olduğu zaman və surda üfürülər və onların hamısını cəm edərik.
A.Mehdiyev və D.Cəfərli:
Və o (səddin aşacağı, dünyanın axırının yaxınlaşacağı və surun birinci dəfə çalınmasının əlamətlərinin görünəcəyi) gün onları (Yə’cuc ilə Mə’cucu və ya dünyadakı bütün insanları özbaşına) buraxarıq ki, bir-birlərinə (qarışaraq dəniz kimi) dalğalansınlar (və bəşəriyyətə hərc-mərclik hakim olsun). Və (Qiyamət yetişəndə) sur (ikinci dəfə) çalınar. Beləliklə onların hamısını təəccüblü bir şəkildə toplayarıq (cəsədlərinin zərrəciklərini torpağın içindən yığıb canlandırar, Bərzəx ruhlarını onların bədənlərinə daxil edər və məhşər səhnəsinə gətirərik).
Kövsər Tağıyev:
O gün biz onları buraxarıq, dalğa-dalğa bir-birilərinə qarışarlar. Sonra sura üfürülər, onların hamısını bir yerə toplayarıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz o günü onlan [insanları] bir-birilə çulğalanmış halda tərk edərik. Sur [şeypur] səsləndiriləndə isə Biz onlann hamısını toplayarıq.
Sabirə Dünyamalıyeva:
Və Biz, qiyamət günü şərik qoşan kəsləri dalğalar kimi bir-birlərinə qarışdıqları halda qoyacağıq. Sur üfürüləcək. Beləcə, şərik qoşan kəslərin hamısını bir yerə yığacağıq.