Bəqərə Surəsi 99. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz sənə aydın başa düşülən dəlillər nazil etdik ki, onları da yalnız fasiqlər inkar edərlər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Biz sənə (ehkamı bildirən, halal haramı ayıran) açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər.
Elmir Quliyev :
Мы ниспосылали тебе ясные знамения, и не веруют в них только нечестивцы.
Ələddin Sultanov:
Şübhəsiz ki, Biz sənə açıq-aydın ayələr nazil etdik. Onları yalnız fasiqlər inkar edərlər.
Kerbelayi Malik ağa:
And olsun ki, Sənə açıq-aşkar ayələr endirdik. Bunları fasiqlərdən başqa kimsə inkar etməz.
Ələsgər Musayev:
Əlbəttə, nazil etdik sənə aydın ayətlər bəyanatlar kafir olur onunla ancaq fasiqlər.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqət budur ki, Biz sənə aydın aydınlıq gətirən ayələr nazil etdik onlara ancaq fasiqlər kafir olarlar.
Kövsər Tağıyev:
And olsun ki, biz sənə açıq-aydın ayələr endirdik. Bunları yalnız fasiqlər inkar edər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz sənə aydın ayələr göndərdik, bunları ancaq yolunu azanlar inkar edərlər.
Sabirə Dünyamalıyeva:
and olsun ki, Biz sənə açıq-aşkar ayələr nazil etdik. Haqq yoldan çıxanlardan başqası onları bilə-bilə inkar edib görməzlikdən gəlməz.