Saffat Surəsi 99. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(O dedi): “Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcəkdir”.
Bünyadov-Məmmədəliyev:
(İbrahim oddan xilas olduqdan sonra) dedi: “Mən Rəbbimə doğru (Allahın mənə buyurduğu yerə - Şama tərəf) gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!”
Elmir Quliyev :
Он сказал: ухожу к моему Господу, Который поведет меня прямым путем.
Ələddin Sultanov:
İbrahim dedi: “Şübhəsiz ki, mən Rəbbimə gedirəm. O mənə doğru yolu göstərəcəkdir.
Kerbelayi Malik ağa:
‘Şübhəsiz ki, mən Rəbbimə yönəlirəm. O, məni hidayətə ərdirəcək.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Həqiqətən, mən Rəbbimə tərəf gedirəm. O məni hidayət edəcək.
A.Mehdiyev və D.Cəfərli:
(İbrahim onların məkrli hiylələrindən nicat tapdıqdan sonra) dedi: «Mən mütləq öz Rəbbimə tərəf (ibadətlə məşğul ola biləcəyim bir şəhərə) yollanıram. O, tezliklə mənə yol göstərəcəkdir.
Kövsər Tağıyev:
İbrahim belə dedi: “Mən Rəbbimə (Onun əmr etdiyi yerə) gedəcəyəm. O, mənə yol göstərəcək”.
M.Qənioğlu və T.Bilaloğlu:
İbrahim dedi: “Mən Rəbbimə tərəf üz tuturam, O, mənə düz yol göstərər.
Sabirə Dünyamalıyeva:
İbrahim: "Şübhəsiz, mən Rəbbimə gedəcəyəm, O, mənə yol göstərəcək: