Maidə Surəsi 99. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Allahın )elçisinin vəzifəsi ancaq təbliğ etməkdir. Allah sizin aşkara çıxardığınızı da, gizlində saxladığınızı da bilir.
Bünyadov-Məmmədəliyev:
Peyğəmbərin üzərinə düşən vəzifəsi ancaq (Allahın əmrlərini insanlara) təbliğ etməkdir. Allah üzə çıxartdıqlarınızı gizlətdiklərinizi (hamısını) bilir!
Elmir Quliyev :
На Пророка не возложено ничего, кроме передачи откровения. Аллах знает о том, что вы обнаруживаете, и том, что вы скрываете.
Ələddin Sultanov:
Peyğəmbərin üzərinə düşən ancaq təbliğ etməkdir. Üzə çıxartdıqlarınızı da, gizlətdiklərinizi Allah bilir.
Kerbelayi Malik ağa:
Rəsulun üzərində təbliğdən başqa bir məsuliyyət yoxdur. Allah açıqladığınızı da gizlətdiyinizi bilir.
Ələsgər Musayev:
Rəsulun üzərinə düşən vəzifə ancaq təbliğdir Allah bilir aşkar etdiklərinizi gizlətdiklərinizi!
A.Mehdiyev və D.Cəfərli:
Bizim peyğəmbərimizin vəzifəsi yalnız (dinin hökmlərini) çatdırmaqdır (və həmin hökmlərin cəmiyyətdə əməli surətdə icrası imamətin vəzifələrindən, savab cəza vermək isə rübubiyyətə aid işlərdəndir). Allah aşkar etdiklərinizi də, gizlətdiklərinizi bilir.
Kövsər Tağıyev:
Peyğəmbərin öhdəsinə düşən, ancaq təbliğdir. Allah sizin açıqladığınızı da, gizlədiyinizi bilir.
M.Qənioğlu və T.Bilaloğlu:
Peyğəmbərin vəzifəsi isə ancaq bəyan etməkdir. Allah sizin nəyi aşkar etdiyinizi nəyi gizlətdiyinizi bilir.
Sabirə Dünyamalıyeva:
Elçiyə düşən yalnız təbliğdir. Allah, aşkar etdiyiniz şeyləri gizlədiyiniz şeyləri bilir.