Əraf Surəsi 99. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yaxud onlar Allahın hiyləsindən ehtiyat etmirdilərmi? Allahın hiyləsindən yalnız ziyana uğrayanlar ehtiyat etməzlər.
Bünyadov-Məmmədəliyev:
Yaxud (o məmləkətlərin əhalisi) Allahın onları dolaşdırıb bəla toruna salmayacağına (naz-nemət içində yaşadıqları halda qəflətən onlara əzab göndərməyəcəyinə) əmin idilərmi? Allahın (bu yolla) dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz!
Elmir Quliyev :
Неужели они не опасались хитрости Аллаха? Хитрости Аллаха не опасаются только люди, терпящие убыток!
Ələddin Sultanov:
Yoxsa onlar Allahın məkrindən (əzabından) əmin idilərmi?! Ziyana uğrayan qövmdən başqası Allahın məkrindən əmin ola bilməz.
Kerbelayi Malik ağa:
Allahın hiyləsindən əminmi oldular? Allahın hiyləsindən (Allahın özlərinə əzab verməyəcəyindən) ancaq hüsranda olan qövm əmin ola bilməz.
Ələsgər Musayev:
Ə, məkrə görə Allaha əmindirlərmi? Məkrə görə Allaha əmindir, ancaq xəsarətdə olan qoum!
A.Mehdiyev və D.Cəfərli:
Belə isə, məgər Allahın məkrindən qəfil əzabından xatircəmdirlər? Halbuki, ziyana uğramış dəstədən başqa heç kəs özünü Allahın məkrindən amanda bilmir.
Kövsər Tağıyev:
Yaxud Allahın tələsindən əmin oldular? Ziyana uğrayan qövmdən başqası Allahın məkrindən əmin olmaz.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar Allahın tələsindən yaxa qurtara bilərdilər? Allahın tələsindən yalnız ziyana düşənlər qurtara bilməzlər.
Sabirə Dünyamalıyeva:
Elə isə, Allahın ətraflı planından arxayın idilərmi? Ziyana uğrayanlardan başqa heç kəs özünü Allahın ətraflı planından arxayın hiss etməz.