Əlixan Musayev:
Əlif. Ləm. Mim. Ra. Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil edilən həqiqətdir, lakin insanların çoxu (buna) inanmır.
Bünyadov-Məmmədəliyev:
Əlif, Lam, Mim, Ra! Bunlar Kitabın (Quranın) ayələridir. Rəbbindən sənə nazil olan (Quran) haqdır, lakin insanların (Məkkə müşriklərinin) əksəriyyəti (ona) inanmaz.
Elmir Quliyev
:
Алиф. Лам. Мим. Ра. Это — аяты Писания. Ниспосланное тебе от твоего Господа является истиной, однако большинство людей не верует.
Ələddin Sultanov:
Əlif, Lam, Mim, Ra! Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil olan (Quran) haqdır. Lakin insanların çoxu iman gətirməz.
Kerbelayi Malik ağa:
Əlif, lam, mim, ra. Bunlar Kitabın ayələridir. Sənə Rəbbin tərəfindən nazil olan haqdır. Lakin insanların çoxu inanmazlar.
Ələsgər Musayev:
Əlif, Lam, Mim, Ra! Bunlar kitabın ayətləridir. Odur ki, nazildir sənin üzərinə Rəbbindən haqq ilə və lakin insanların əksəriyyəti inanmır.
A.Mehdiyev və D.Cəfərli:
Əlif, Lam, Mim, Ra. (Mən bilən və görən Allaham. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir.) Bu (surədə olan) ayələr (cəmlənmiş) bu kitabın (və Qur’anın) ayələridir. [Və ya: (Aləmdə olan) bu (ayələr), bu (yaradılış) kitabın(ın və yaradılış aləminin) ayələridir.] Və Rəbbin tərəfindən sənə nazil olan haqdır, lakin insanların çoxu (bu ayələri eşitmələrinə və o ayələri görmələrinə baxmayaraq) iman gətirmirlər.
Kövsər Tağıyev:
Əlif Ləm Mim Ra. Bunlar Kitabın ayələridir. Sənə Rəbbindən endirilən gerçəkdir, lakin insanların çoxu inanmazlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Əlif, Lam, Mim, Ra. Bunlar Kitabın ayələridir. Sənin Rəbbindən sənə endirilən (Quran) haqdır, lakin adamların çoxu inanmır.
Sabirə Dünyamalıyeva:
Əlif/1, Lam/30, Mim/40, Ra/200. Bunlar, Kitabın ayələridir. Rəbbindən sənə nazil edilən şey haqqdır/gerçəkdir. Lakin insanların çoxu inanmırlar.