Əlixan Musayev:
Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir.
Bünyadov-Məmmədəliyev:
Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidüləqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!
Elmir Quliyev
:
Пречист Тот, Кто перенес ночью Своего раба, чтобы показать ему некоторые из Наших знамений, из Заповедной мечети в мечеть аль-Акса, окрестностям которой Мы даровали благословение. Воистину, Он — Слышащий, Видящий.
Ələddin Sultanov:
Ayələrimizdən bir qismini göstərmək üçün bəndəsini bir gecə Məscidi-haramdan ətrafını mübarək etdiyimiz Məscidi-əqsaya aparan Allah pak və müqəddəsdir! O, həqiqətən, hər şeyi eşidəndir, görəndir.
Kerbelayi Malik ağa:
Ayələrimizi göstərmək üçün qulunu gecə Məscidi Haramdan, ətrafını mübarək etdiyimiz Məscidi Aksaya aparan Allah Sübhandır. Şübhəsiz ki, O, ən yaxşı eşidən, ən yaxşı görəndir.
Ələsgər Musayev:
Sübhandır – Odur
ki, seyr etdirdi bəndəsini gecədə, qadağan olunmuş səcdə
yerindən müqəddəs səcdə yerinə tərəf ki, bərəkətli etmişik onun
ətrafını, ta göstərək ona ayətlərimizdən. Həqiqətən, O Səmidir,
Bəsirdir!
A.Mehdiyev və D.Cəfərli:
Öz bəndəsini (MuhəmmədiÖsəlləllahu əleyhi və alihi və səlləm) Özümüzün (tovhid, qüdrət və hikmətimizin) bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscidül-Həramdan ətrafını (nazil olmuş mələklərin və oradan çıxmış peyğəmbərlərin mənəviyyatı, çoxlu ağacların yaşıllığı və çaylar ilə) mübarək (bərəkətli) etdiyimiz Məscidül-Əqsaya aparan Allah (hər bir eybdən) pak və nöqsansızdır. Əlbəttə (Öz bəndəsinin və yuxarı aləmin sakinlərinin danışığını) eşidən və (onların hamısının halını) görən Odur (O Allahdır).
Kövsər Tağıyev:
Ayələrimizdən bir qismini Ona göstərək deyə qulunu (Muhammədi) bir gecə Məscidi-Haramdan ətrafını bərəkətləndirdiyimiz Məscidi-Əqsaya aparan Allahın şanı ucadır. Heç şübhəsiz, O, haqqı ilə eşidəndir, haqqı ilə görəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ayələrimizin bəzisini göstərmək üçün Öz bəndəsini [Məhəmməd peyğəmbəri] gecə vaxtı Məscidül-Həramdan ətrafına xeyir-bərəkət verdiyimiz Əqsa məscidinə [Qüdsə] aparana təriflər olsun! Həqiqətən, O, hər şeyi eşidəndir, görəndir.
Sabirə Dünyamalıyeva:
Bəndəsini bir gecə, ayələrimizdən/nişanlarımızdan/işarətlərimizdən göstərmək üçün Məscidülhəramdan bir tərəfini mübarək etdiyimiz Məscidüləqsaya[#183] aparan Allah, bütün nöqsanlıqlardan pakdır. Şübhəsiz ki, ən yaxşı eşidən, ən yaxşı görən Onun Özüdür.