Əlixan Musayev:
Ey iman gətirənlər! Əhdlərinizi yerinə yetirin. (Haram edildiyi) sizə bildiriləcək heyvanlar və ihramda olarkən ovla-dığınız ov istisna olmaqla digər heyvanlar sizə halal edildi. Həqiqətən, Allah istədiyi hökmü verir.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Əhdlərə sadiq olun. Ehramda olarkən ov sizə qadağan edilməklə, (aşağıda) adları çəkiləcək heyvanlar müstəsna olaraq, qalanları sizə halal edildi. Şübhəsiz ki, Allah istədiyini hökm edər!
Elmir Quliyev
:
О те, которые уверовали! Будьте верны обязательствам. Вам дозволена скотина, кроме той, о которой вам будет возвещено, и кроме добычи, на которую вы осмелились охотиться в ихраме. Воистину, Аллах повелевает все, что пожелает.
Ələddin Sultanov:
Ey iman gətirənlər, əhdləri yerinə yetirin! Siz ehramda ikən ov etməyi halal saymamaq şərtilə (aşağıda) sizə oxunacaq olanlar istisna olmaqla (digər) heyvanlar sizə halal edildi. Şübhəsiz ki, Allah istədiyinə hökm edər.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar (Allaha yönəlib təslim olmağı diləyənlər)! (Etdiyiniz) əhdləri yerinə yetirin. İhramda ikən ov etmək qadağan edilməklə birlikdə sizə bildirilən heyvanlar istisna olmaqla, dörd ayaqlı heyvanlar sizin üçün halal qılınmışdır. Şübhəsiz ki, Allah dilədiyi şeyə hökm verər.
Ələsgər Musayev:
Ay o kəslər ki,
inanırsınız! Əqdlərə vəfa edin. Halal oldu sizin üçün dörd
ayaqlı heyvanlar, onlardan başqa nə ki, sizə tilavat olunur halal
olmayanlar ovda və siz və siz haramdasız. Həqiqətən, Allah nə
istəsə hökm edər!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, əhd-peymanlarınıza (nəzr, əhd və and içmək kimi özünüzlə olan peymanlara, müqavilə və digər sazişlər kimi camaatla bağladığınız peymanlara və dinin hökmlərinə riayət etməyi boyuna götürmək kimi Allahla olan peymanlara ki, bəzi şeylərin halallığına və haramlığına riayət etmək də bu qəbildəndir) vəfa edin. Dördayaqlı heyvanlar(ın ətləri və kəsilərkən analarının qarınlarından ölü halda çıxan balaları) sizə oxunan istisna olmaqla, ehram halında ov etməyi halal hesab etməyən sizlərə halal edildi. Həqiqətən Allah istədiyini hökm edir.
Kövsər Tağıyev:
Ey iman edənlər! Əqdlərinizi yerinə yetirin. Ehramlı ikən ovu halal saymamağınız şərti ilə, oxunacaq (bildiriləcək) olanlardan başqa heyvanlar sizə halal buyuruldu. Şübhəsiz, Allah istədiyi hökmü verər.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Əhdlərə sadiq olun. Siz ihramda olarkən ov qadağan edilməklə adı çəkiləcəklərdən başqa mal-heyvanın hamısı sizə halal edildi. Həqiqətən Allah istədiyi hökmü verir.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Əhdləri yerinə yetirin. Siz, toxunulmaz olduğunuzda [həcc vaxtı/ali ilahiyyat təhsilini davam etdirərkən] ovu halal görməmək şərti ilə, sizə oxunacaqlar istisna olmaqla, dördayaqlı, cütdırnaqlı, gövşəyən və ot yeyən heyvanların qüsuru olmayanları/gərdənliyi olmayanları sizə halal edildi. Şübhəsiz ki, Allah istədiyini hökm edər; dilədiyi qanunu qoyar.