Əlixan Musayev:
Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir?
Bünyadov-Məmmədəliyev:
İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır! (Yaxud insanın elə bir dövrü olub keçmişdir ki, o həmin dövrdə xatırlanası bir şey olmasın?! Əlbəttə, olmuşdur. İnsan əvvəlcə mövcud deyildi. Sonra o, yəni ulu babamız Adəm torpaqdan və sudan yoğrulub insan şəklinə salınmış, ona ruh verilmiş və o, həyat sürməyə başlamışdır. İnsanın nə üçün yaradıldığını əvvəlcə nə göy əhli, nə də o özü bilirdi. Tədriclə mələklər və o özü nə üçün yaradıldığını anladı).
Elmir Quliyev
:
Неужели не прошло то время, когда человек был безвестен?
Ələddin Sultanov:
İnsanın xatırlanmağa layiq olmadığı uzun bir müddət ötüb-keçmədimi?!
Kerbelayi Malik ağa:
İnsan hələ ‘xatırlanmağa layiq bir şey’ deyilkən, (xatırlanmağa layiq olana qədər) uzun bir zaman keçmədimi?
Ələsgər Musayev:
Məgər gəlib
keçmədimi insan üzərində müəyyən vaxt, olmadı yad ediləsi
şey?
A.Mehdiyev və D.Cəfərli:
İnsanın zaman axışında elə bir dövrü olub keçmişdirmi ki, onda xatırlanası bir şey olmasın? (Bəli, onun ilk maddəsinin formalaşmağa başladığı zamandan insan şəklinə düşdüyü və ruhun ona üfürüldüyü zamanadək, müxtəlif dövrlər olmuşdur. Bu, dövrdə o insan adlandırılacaq şəkildə olmamışdır).
Kövsər Tağıyev:
İnsan (hələ) xatırlanmağa layiq bir şey deyilkən (yaradılmazdan əvvəl) üzərindən uzun bir zaman keçdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər insan üçün elə bir dövr olub keçmişdir ki, (orada) xatırlanası bir şey olmasın?
Sabirə Dünyamalıyeva:
İnsanın üstündən, hələ yad edilməyə uyğun bir şey olmadığı halda [yad edilməyə uyğun bir şey olana qədər] dəhrdən/milyardlarla ildən [ibarət olan] bir müddət keçdimi? Əlbəttə ki, keçdi!