Ənfal Surəsi 1. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər Allaha Peyğəmbərə aiddir”. Elə isə Allahdan qorxun öz aranızdakı əlaqələri möhkəmlədin. Əgər möminsinizsə, Allaha Onun Elçisinə itaət edin.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbərim!) Səndən (müharibədə əldə edilmiş) qənimətlər (onların kimə çatması) haqqında soruşarlar. De: “Qənimətlər Allahın Peyğəmbərinindir (onun bölünməsi Allaha Peyğəmbərinə aiddir). Buna görə əgər (həqiqi) möminsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha Onun Peyğəmbərinə itaət edin!
Elmir Quliyev :
Они спрашивают тебя о трофеях. Скажи: "Трофеи принадлежат Аллаху и Посланнику". Побойтесь же Аллаха и урегулируйте разногласия между собой. Повинуйтесь Аллаху и Его Посланнику, если вы являетесь верующими.
Ələddin Sultanov:
Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər Allaha Peyğəmbərə məxsusdur. Ona görə əgər (həqiqi) möminsinizsə, Allahdan qorxun, aranızı düzəldin (münaqişələrə son verin), Allaha Onun Peyğəmbərinə itaət edin!”
Kerbelayi Malik ağa:
Səndən qənimət barəsində soruşurlar: 'Qənimətlər Allahın Rəsulundur.' de. Artıq Allaha qarşı təqva sahibi olun aranızdakı vəziyyəti islah edin (düzəldin)! Əgər möminlərsinizsə, Allaha Onun Rəsuluna itaət edin.
Ələsgər Musayev:
Sual edirlər səndən qənimət barəsində, de: «Qənimət Allah Onun rəsulu üçündür. Qorxun Allahdan öz aranızda saleh olun itaət edin Allaha Onun rəsuluna, əgər oldunuz inananlar!»
A.Mehdiyev və D.Cəfərli:
Səndən «ənfal» (bu ayənin nazil edilməsinə səbəb olan döyüş qənimətləri nümunələrindən biri olan müxtəlif adlı çoxlu ümumi mallar) barəsində soruşurlar, de: «Ənfal» Allaha Onun Peyğəmbərinə məxsusdur (onların həqiqi sahibi Allah, şərti sahibi isə Onun nümayəndəsi olaraq Peyğəmbərdir). Odur ki, Allahdan qorxun, aralarınızdakı əlaqələri düzəldin (və «ənfal» üstündə mübahisə dava-dalaş etməyin) əgər möminsinizsə, Allaha Onun Peyğəmbərinə itaət edin».
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Səndən qənimətlər haqqında soruşurlar. De ki: “Qənimətlər Allaha Rəsuluna aiddir. Əgər möminlərsinizsə, Allaha qarşı gəlməkdən çəkinin, aranızı düzəldin, Allaha Rəsuluna itaət edin”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar səndən qənimətlər barəsində soruşarlar. De: "Qənimətlər Allaha peyğəmbərə məxsusdur. Allahdan qorxun, öz aranızda sülh yaradın, əgər siz iman gətirənsinizsə, Allaha Onun peyğəmbərinə itaət edin!"
Sabirə Dünyamalıyeva:
Səndən müharibənin bəxşişləri; qazancları barədə soruşurlar. De ki: "Ənfal/müharibə bəxşişləri; qazancları, Allah Elçisi/xalq üçündür. Ona görə də, siz möminsinizsə, Allahın mühafizəsi altına daxil olun, bir-birinizlə aranızdakı münasibətləri düzəldin, Allaha Elçisinə itaət edin.