Əlixan Musayev:
Məgər Biz sənin üçün köksünü açmadıqmı?
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi kimsənin qəlbinə Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul etməyə layiq olar!)
Elmir Quliyev
:
Разве Мы не раскрыли для тебя грудь твою?
Ələddin Sultanov:
Sənin sinəni açıb genişlətmədikmi?!
Kerbelayi Malik ağa:
Sənin köksünü şərh etmədikmi (yarıb genişlətmədikmi)?
Ələsgər Musayev:
Ə, Biz açmadıqmı
sənin ürəyini?
A.Mehdiyev və D.Cəfərli:
Məgər Biz sənin sinəni (köksünü) genişləndirmədikmi? (Sənə bolluca səbr və hövsələ vermədikmi ki, böyük bir tutumla Xaliqə yetişmək və insanlarla rabitə qurmaq məqamını özündə yerləşdirəsən, elmlər, hikmət və din hökmlərinin mədəni olasan, ilahi mənbədən vəhy almaq və bəşər cəmiyyətinə onu yetirmək istedadına malik olasan və insanlara rəhbərlik və ümmətə atalıq edəsən.)
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Sənin köksünü açıb genişlətmədikmi?
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər Biz sənin köksünü açıb sənin üçün genişləndirmədikmi?!
Sabirə Dünyamalıyeva:
Biz, sənin üçün, sənin köksünü açmadıqmı?