Yusif Surəsi 10. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlardan biri dedi: “Yusufu öldürməyin! Əgər (ona qarşı hökmən) isə etmək istəyirsinizsə, onda onu bir quyuya atın ki, karvanlardan biri onu götürsün!”
Bünyadov-Məmmədəliyev:
Bir başqası (Rubil ya Şəmun) belə dedi: “Yusifi öldürməyin, onu bir quyunun dibinə atın. Əgər belə etsəniz, yol keçənlərdən biri onu götürər”.
Elmir Quliyev :
Один из них сказал: "Не убивайте Йусуфа (Иосифа), а бросьте его на дно колодца, если вы решили действовать. Один из караванов вытащит его".
Ələddin Sultanov:
Onlardan biri dedi: “Yusifi öldürməyin! Əgər hökmən isə edəcəksinizsə, onu bir quyunun dibinə atın ki, (oradan keçən) karvanlardan biri onu götürsün”. (Bu təklifi irəli sürən Yəhuda adlı qardaşı idi. Nəhayət, qardaşlar onun bu təklifini qəbul etdilər atalarının yanına gəldilər.)
Kerbelayi Malik ağa:
Onlardan biri belə dedi: ‘Yusifi öldürməyin. Bir şey edəcəksinizsə, onu quyunun dibinə atın. Karvanlardan biri onu götürər.’
Ələsgər Musayev:
Dedi onlardan biri: «Yusifi qətlə yetirməyin. Onu karvan yolu üzərində olan quyuya atın, əgər əməl edəcəksiniz».
A.Mehdiyev və D.Cəfərli:
Onlardan biri (qardaşların ən böyüyü ağıllısı) dedi: «Yusufu öldürməyin əgər (doğrudan da) bir görənsinizsə, onu quyunun dibinə atın ki, karvanlardan hansısa onu götürsün (və bu məntəqədən çıxarıb aparsın)». (Onlar elə bu qərara da gəldilər.)
Kövsər Tağıyev:
Aralarından biri: “Yusufu öldürməyin, onu bir quyunun dibinə atın ki, keçən karvanlardan biri onu tapıb götürsün. Əgər edəcəksinizsə, belə edin”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan başqa birisi dedi: "Yusufu öldürməyin, onu bir quyunun dibinə atın! Əgər belə etsəniz, onu keçib-gedənlərdən kimsə götürüb aparar.”
Sabirə Dünyamalıyeva:
Onlardan biri, "Yusifi öldürməyin, onu o quyunun dibinə atın ki, oradan keçən karvanın biri onu tapıb götürsün. Əgər edəcəksinizsə belə edin." dedi.