Əlixan Musayev:
Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində (mal-qaranızı) otardığınız (otların bitməsi) üçündür.
Bünyadov-Məmmədəliyev:
Göydən sizin üçün yağmur endirən Odur. Ondan (o sudan) siz də, içində (heyvanlarınızı) otardığınız ağaclar (və otlar) da içər (ağaclar və otlar da onun vasitəsilə bitər).
Elmir Quliyev
:
Он — Тот, Кто ниспосылает с неба воду. Она служит для вас питьем, и благодаря ей произрастают растения, среди которых вы пасете скот.
Ələddin Sultanov:
Göydən su endirən Odur. Ondan həm içirsiniz, həm də onun vasitəsilə otlaqlarınız göyərir.
Kerbelayi Malik ağa:
Sizin üçün səmadan su endirən Odur. İçiləcək şeylər ondandır (sudandır). Ağaclar və otlar ondan olar. Orada (heyvanlarınızı) otladarsınız.
Ələsgər Musayev:
O – Odur ki, səmadan su nazil edir. Sizin üçün ondan
içəcək və otarırsınız ağaclar əmələ gətirir.
A.Mehdiyev və D.Cəfərli:
Göydən sizin üçün (yağış, qar və dolu şəklində) su nazil edən Odur. Sizin (istər yerin altından, istər üstündən götürdüyünüz) içməli suyunuz ondandır və heyvanları otardığınız ağac və ot ondan bitir.
Kövsər Tağıyev:
O, göylərdən sizin üçün su endirəndir. İçilən su ondandır. Heyvanlarınızı otlatdığınız bitkilər də onunla meydana gəlir.
M.Qənioğlu və T.Bilaloğlu:
Səmadan su endirən də Odur. O, həm sizin içməniz üçün, həm də (heyvanları) otaracağınız yerin bitkiləri üçündür.
Sabirə Dünyamalıyeva:
O, sizin üçün göydən bir su endirdi. İçkiləriniz ondandır. Heyvanları otlatdığınız ağaclar-bitkilər də ondandır.