Əlixan Musayev:
O zaman o, bir od görüb ailəsinə demişdi: “Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım!”
Bünyadov-Məmmədəliyev:
(Musa Şüeybi Mədyəndə qoyub anasına və qardaşına baş çəkmək üçün zövcəsi ilə birlikdə Misirə gedərkən Tur dağının qərbində yerləşən Tuva vadisində gecə vaxtı bir uşağı dünyaya gəlmişdi. Onlar zil qaranlıq gecədə işıqsız qalıb yolu itirmişdilər). O zaman (Musa qarşıda) bir od görüb ailəsinə belə demişdi: “Siz (yerinizdə) durun. Mənim gözümə bir od sataşdı. Bəlkə, ondan sizə bir göz gətirdim, yaxud odun yanında bir bələdçi tapdım!”
Elmir Quliyev
:
Вот он увидел огонь и сказал своей семье: "Оставайтесь здесь! Я увидел огонь. Быть может, я принесу вам головню или же найду возле огня дорогу".
Ələddin Sultanov:
Bir zaman o, bir alov görmüş və ailəsinə belə demişdi: “Siz (burada) qalın! Mən bir alov gördüm. Bəlkə, mən ondan sizə bir məşəl gətirər, yaxud alovun yanında bir bələdçi taparam”.
Kerbelayi Malik ağa:
Bir atəş gördüyü zaman ailəsinə belə demişdi: ‘Dayanıb gözləyin! Şübhəsiz ki, mən bir atəş gördüm. Bəlkə ondan sizə bir köz (nur) gətirərəm və ya atəşin üzərində (nurun yanında) hidayəti taparam.’
Ələsgər Musayev:
Onda gördü od və dedi əhlinə: «Burda sakin olun, mən od
gördüm. Ola ki, gətirdim sizin üçün oradan köz və ya tapdım
odun yanında hidayət!»
A.Mehdiyev və D.Cəfərli:
O zaman o, (Mədyəndən Misirə gedəndə Tuva səhrasının yaxınlığında yolu itirdiyi vaxt) bir od görmüş və ailəsinə demişdi: Siz dayanın. Mən həqiqətən bir od gördüm. Bəlkə ondan sizə bir şölə gətirdim və ya odun başında yol göstərən tapdım.
Kövsər Tağıyev:
Bir vaxt o, bir alov görüb öz ailəsinə: “Siz burada qalın, mən bir alov gördüm (oraya gedirəm). Ola bilsin ki, ondan sizə bir od parçası gətirərəm və yaxud alovun yanında bir yol göstərən taparam”, – demişdi.4
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman o, bir alov gördü və öz ailəsinə dedi: "Siz burada durun. Mən bir od yandığını görürəm. Bəlkə gedib oradan sizə bir köz gətirəm, yaxud odun yanında bir yol göstərən tapam”.
Sabirə Dünyamalıyeva:
Bir vaxt o, bir od görmüş və əhlinə [ailəsinə, yaxınlarına]: "Həqiqətən mən bir od gördüm. Siz göləyin, mən ondan sizə bir köz gətirərəm, yaxud atəşin başında bir bələdçi taparam." demişdi.