Ənbiya Surəsi 10. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sizə sizləri xatırladan bir Kitab nazil etdik. Məgər başa düşmürsünüz?
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, sizə (Qüreyş əhlinə) elə bir Kitab nazil etdik ki, o sizdən ötrü bir şərəfdir. (O sizin qədir-qiymətinizi yüksəldər, dini dünyəvi ehtiyaclarınızı aradan qaldırar, ürəkdən inananlara behişt yolunu göstərər. Halal-haramı daim möminlərin yadına salar). Məgər dərk etmirsinizmi?
Elmir Quliyev :
Мы уже ниспослали вам Писание, в котором содержится напоминание о вас. Неужели вы не разумеете?
Ələddin Sultanov:
Həqiqətən, Biz içində sizin üçün öyüd-nəsihət olan bir Kitabı sizə nazil etdik. Hələ dərk etmirsinizmi?
Kerbelayi Malik ağa:
And olsun ki, içərisində sizi zikr edən (sizdən bəhs edən) bir kitab endirdik. Hələ ağıl işlətmirsinizmi?
Ələsgər Musayev:
Əlbəttə, nazil etdik sizə kitabı, onda sizin yad etməniz var. Ə, əql etməzsinizmi?
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz sizə (və tarix boyu olacaq bütün gələcək insanlara) içində sizin üçün (dinin hökmlərini, əxlaqi dəyərləri müxtəlif bilikləri) xatırladan bir kitab nazil etdik, heç düşünmürsünüz?!
Kövsər Tağıyev:
And olsun, sizə elə bir kitab endirdik ki, sizin bütün şərəf şanınız ondadır. Hələ düşünməyəcəksinizmi?
M.Qənioğlu və T.Bilaloğlu:
İçərisində sizin üçün xəbərdarlıq, öyüd-nəsihət olan Kitabı sizə nazil etmişik. Məgər ağıla gəlməzsiniz?
Sabirə Dünyamalıyeva:
Heç şübhəsiz, Biz sizə, içində sizin üçün öyüd/şan-şərəf olan bir kitab nazil etdik. Buna baxmayaraq, hələ ağlınızı işlətməyəcəksinizmi?