Əlixan Musayev:
Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən və Müdrik olmasaydı (yalan danışanlar Allahın lənətinə gələrdilər).
Bünyadov-Məmmədəliyev:
Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən, hikmət sahibi olmasaydı (halınız necə olardı)? (O, günahkarların cəzasını dərhal verib onları rüsvay edərdi).
Elmir Quliyev
:
Если бы не милосердие и милость Аллаха к вам и если бы Аллах не был Принимающим покаяния и Мудрым, то лжецов постигло бы скорое наказание.
Ələddin Sultanov:
Əgər Allahın sizə olan lütfü və mərhəməti olmasaydı (halınız necə olardı)?! Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Əgər sizin üzərinizə Allahın fəzli və rəhməti olmasaydı (cəzaya uğrayardınız). Şübhəsiz ki, Allah tövbələri qəbul edən və Hakimdir (hökm və hikmət sahibidir).
Ələsgər Musayev:
Əgər olmasaydı fəzli Allahın üzərinizdə və rəhməti Onun… Həqiqətən, Allah Təvvabdır, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı və Allah tövbə qəbul edən və hikmət sahibi olmasaydı (çoxdan günahlarınızın ağır cəzasına düçar olardınız).
Kövsər Tağıyev:
Allahın sizə lütfü və mərhəməti olmasaydı və Allah tövbələri qəbul edən, hökm və hikmət sahibi olmasaydı, halınız necə olardı?
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən, hikmət sahibi olmasaydı (onda işiniz necə olardı?)
Sabirə Dünyamalıyeva:
Bəs Allahın sizə lütfü və mərhəməti olmasaydı!.. Və həqiqətən Allah, tövbələri çox qəbul edən, çox tövbə fürsəti Verən, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/[etdiyini] möhkəm edən olmasaydı...