Əlixan Musayev:
İstəsə, sənin üçün onların dediklərindən daha xeyirlisini, (ağacları) altından çaylar axan Cənnət bağlarını yaradan, sənin üçün qəsrlər inşa edə bilən (Allah) necə də xeyirxahdır.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Əgər istəsə, sənə ondan (müşriklərin dediklərindən) daha yaxşısını – (ağacları) altından çaylar axan cənnətlər verə bilən, sənin üçün qəsrlər yarada bilən Allah nə qədər (uca, nə qədər) uludur!
Elmir Quliyev
:
Благословен Тот, Кто дарует тебе, если пожелает, нечто лучшее — Райские сады, в которых текут реки, а также дворцы.
Ələddin Sultanov:
İstəsə, sənə bundan daha yaxşısını - altından çaylar axan cənnətləri verəcək və sənin üçün qəsrlər yaradacaq olan Allahın şanı çox ucadır!
Kerbelayi Malik ağa:
Allah mübarəkdir ki, O, əgər diləsə sənə bunlardan daha xeyirli olan, altından çaylar axan bağçalar verər və sənin üçün saraylar yaradar.
Ələsgər Musayev:
Pak və uca Odur ki, əgər istəsə bunlardan xeyirlisini sənin üçün edər – o bağları, cari olur altından onun nəhrlər və sənin üçün qəsrlər edər.
A.Mehdiyev və D.Cəfərli:
Uca, əbədi və bərəkətlidir O (Allah) ki, əgər istəsə, sənə ondan (xəzinə və bağdan) daha yaxşısını – (ağaclarının) altından çaylar axan bağlar verər və sənin üçün saraylar yaradar. (Lakin bu kimi şeylər peyğəmbərliyə dəlalət edən işlər deyil.)
Kövsər Tağıyev:
Əgər istərsə, sənə bundan daha xeyirlisini, içindən çaylar axan cənnətləri verə bilən, sənin üçün qəsrlər yarada bilən Allahın şanı ucadır.
M.Qənioğlu və T.Bilaloğlu:
İstədikdə, sənin üçün bundan da yaxşısını - dibindən çaylar axan cənnət bağları yaradan və sənin üçün qəsrlər quran (Allah) nə qədər ucadır!
Sabirə Dünyamalıyeva:
O elə comərddir ki, istəsə, sənə xəzinədən, onların dediyi bağçadan daha xeyirlisini; altından çaylar axan cənnətlər verər, sənin üçün qəsrlər da yaradar.