Qəsəs Surəsi 10. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Musanın anasının ürəyi boş qalmışdı (övlad dərdindən başqa heç bir şey haqda düşünmürdü). Əgər Biz, (vədimizə) inananlardan olsun deyə, onun qəlbinə səbr verməsəydik, az qala (gördüyü işi) açıb bildirəcəkdi.
Bünyadov-Məmmədəliyev:
(Oğlunun Fironun əlinə düşdüyünü bildikdən sonra) Musanın anasının ürəyi bomboş (sevimli balasının fikrindən başqa hər şeydən xali) olmuşdu. Əgər (Allahın vədinə) inananlardan olsun deyə, ürəyinə səbr (səbat) əta etməsəydik, az qala onu (saraya gətirilmiş körpənin özünkü olduğunu) büruzə verəcəkdi. (Dəhşətindən ya sevincindən: “Bu uşaq mənimdir!” deyəcəkdi).
Elmir Quliyev :
Сердце матери Мусы (Моисея) опустело (переполнилось тревогой и оказалось лишено всех иных чувств). Она готова была раскрыть его (свой поступок), если бы Мы не укрепили ее сердце, чтобы она оставалась верующей.
Ələddin Sultanov:
Musanın anasının qəlbində (Musanın həsrətindən başqa) bir şey qalmamışdı. Əgər möminlərdən olsun deyə onun qəlbinə təskinlik verməsəydik, az qala onu büruzə verəcəkdi.
Kerbelayi Malik ağa:
Musanın (ə.s) anası ümidsiz olaraq səhəri açdı. Möminlərdən olması üçün onun qəlbini Bizə bağlamasaydıq (rabitə qurmasaydıq), az qala (vəziyyəti) açıqlayacaqdı.
Ələsgər Musayev:
Subh etdi Musan?n anas? konlu bosalaraq. O, az qala askar ed?c?kdi onu, ?g?r ki, inananlardan olmas? ucun onun q?lbini b?rkitm?s?ydik.
A.Mehdiyev və D.Cəfərli:
(Övladından çox narahat olduğuna görə) Musanın anasının ürəyində (övladının fikrindən savayı) heç bir şey yox idi. Əgər Biz möminlərdən olması üçün onun qəlbini möhkəm etməsəydik, az qala mətləbi büruzə verəcəkdi.
Kövsər Tağıyev:
Musanın anasının qəlbi bomboş qaldı. Əgər biz (övladı ilə bağlı vədimizə) inamını qoruması üçün onun qəlbinə güc verməsəydik, az qala bunu büruzə verəcəkdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Musanın anasının ürəyində (övlad dərdindən başqa) bir şey yox idi. Mömin olsun deyə Biz onun ürəyinə toxtaqlıq verməsəydik, o, az qala bunu açıb bildirəcəkdi.
Sabirə Dünyamalıyeva:
Musanın anasının ürəyi səhərə bomboş çıxdı. -Əgər Biz, inananlardan olması üçün onun ürəyinə səbr verməsəydik, az qala [sirri] aşkara çıxaracaqdı.