Əlixan Musayev:
İnsanların arasında: “Allaha iman gətirdik!”– deyənləri də vardır. Amma Allah yolunda əziyyətə məruz qaldıqda insanların fitnəsini Allahın əzabı ilə eyni tuturlar. Əgər Rəbbindən bir zəfər gəlmiş olsa, mütləq: “Biz də sizinlə idik!”– deyərlər. Məgər Allah yaradılmışların kökslərində olanları ən yaxşı bilən deyilmi?
Bünyadov-Məmmədəliyev:
Adamlar arasında elələri də vardır ki, “Biz Allaha iman gətirdik!” – deyər, Allah yolunda bir əziyyət gördükdə isə insanların (kafirlərin) fitnəsini Allahın əzabı kimi qəbul edərlər. Əgər Rəbbindən (möminlərə) bir zəfər gəlsə, mütləq: “Biz də sizinləyik!” – deyərlər. Məgər Allah məxluqatın (mələklərin, insanların və cinlərin) ürəklərində olanları (imanı, küfrü və nifaqı) bilmirmi?!
Elmir Quliyev
:
Среди людей есть такие, которые говорят: "Мы уверовали в Аллаха". Но стоит им пострадать ради Аллаха, как они сравнивают искушения (наказание) людей с мучениями от Аллаха. Если же явится победа от твоего Господа, то они непременно скажут: "Мы были вместе с вами". Но разве Аллаху не лучше знать, что таится в груди миров?
Ələddin Sultanov:
İnsanlardan eləsi də var ki: “Biz Allaha inandıq!” - deyər. Ancaq Allah yolunda əziyyətə düçar olduqda insanların verdiyi əziyyəti Allahın əzabı kimi hesab edər. Əgər Rəbbin (möminlərə) zəfər bəxş etsə, onlar mütləq: “Biz də sizinlə birlikdə idik!” - deyərlər. Məgər Allah aləmlərin (insanların) qəlblərindəkini bilmirmi?!
Kerbelayi Malik ağa:
İnsanlardan ‘biz Allaha iman etdik’ deyənlərə Allah yolunda əziyyət edildiyi zaman insanlara Allahın əzabıymış kimi fitnə çıxardılar. Əgər Rəbbindən yardım gəlirsə, şübhəsiz: ‘Biz sizinlə həqiqətən bərabərdik.’ deyərlər. Allah aləmlərin sinəsində olanları ən yaxşı biləndir, elə deyilmi?
Ələsgər Musayev:
Insanlardan vardır ki, deyirlər: «Biz inandıq Allah ilə!» Və onda ki, Allah uğrunda əziyyətə düşürlər, onlar insanların sınağını Allahın əzabı kimi qəbul edirlər. Əgər gələrsə sənin Rəbbindən yardım, onlar deyərlər: «Həqiqətən, biz sizinlə birlikdə idik!» Ə, Allah aləmlərin ürəyində olanı yaxşı bilmirmi?
A.Mehdiyev və D.Cəfərli:
Camaat arasında elələri (də) vardır ki, (dillə) «Allaha iman gətirdik» deyərlər, amma Allah yolunda bir işkəncə görsələr, insanların fitnəsini Allahın əzabı hesab edərlər (və onun qorxusundan zahiri imandan dönərlər). Əgər Rəbbindən bir kömək yetişsə, (zəfər, ya qənimət əldə etsəniz) ciddi surətdə deyərlər: «Biz də sizinləydik». Allah aləmdəkilərin sinələrində olanları daha yaxşı bilən deyilmi?!
Kövsər Tağıyev:
Elə insanlar var ki, “Allaha iman etdik”, – deyirlər. Amma Allah uğrunda bir əziyyətə düçar edildikdə isə insanların fitnəsini Allahın əzabı kimi qəbul edərlər. And olsun, əgər Rəbbindən bir yardım gəlsə, mütləq: “Biz səninlə idik”, – deyərlər. Allah hər kəsin qəlbində olanı ən yaxşı bilən deyilmi?
M.Qənioğlu və T.Bilaloğlu:
İnsanlardan elələri də var ki, "Allaha iman gətirdik.” - deyirlər. Lakin Allah yolunda onlara bir əziyyət üz verəndə, insanların sınağını Allahın əzabı kimi qəbul edirlər. Sənin Rəbbindən bir zəfər gəldikdə isə onlar hökmən deyirlər: "Biz də sizinlə idik." Məgər Allah aləmlərin ürəklərində olanları daha yaxşı bilmirmi?
Sabirə Dünyamalıyeva:
İnsanlardan bəziləri də var ki: "Biz Allaha inandıq" deyər, sonra da Allah yolunda əziyyət gördükdə, insanların verdiyi çətinliyi Allahın əzabı kimi qəbul edər. Və əgər Rəbbindən bir yardım gəlsə, həqiqətən, "Şübhəsiz ki, biz sizinləydik" deyəcəklər. Halbuki Allah onların sinələrindəkini; nələr fikirləşib nə planlar qurduqlarını ən yaxşı bilən deyilmi?