Əlixan Musayev:
Sonra isə Allahın ayələrini yalan sayıb onlara lağlağı etməklə pislik göstərənlərin nəsibi lap yaman oldu.
Bünyadov-Məmmədəliyev:
Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!
Elmir Quliyev
:
Концом тех, кто творил зло, стало зло, потому что они сочли ложью знамения Аллаха и насмехались над ними.
Ələddin Sultanov:
Ancaq Allahın ayələrini yalanlayaraq və lağa qoyaraq pislik edənlərin aqibəti çox pis oldu.
Kerbelayi Malik ağa:
Sonra pislik edənlərin aqibətləri Allahın ayələrini təkzib etmələri (yalanlamaları) və onunla istehza etmiş olmaları səbəbiylə çox pis oldu.
Ələsgər Musayev:
Sonra aqibəti o kəslərin ki, pislik edirdilər, pis
oldu ona görə ki, yalan saydılar ayətləri ilə Allahı və oldular
onunla istehza edənlər.
A.Mehdiyev və D.Cəfərli:
Sonra isə çirkin işlər görənlərin aqibəti Allahın ayələrini təkzib etmək və onlara istehza etmək oldu.
Kövsər Tağıyev:
Sonra Allahın ayələrini təkzib etdikləri və onlara istehza etdikləri üçün pislik edənlərin aqibəti daha da pis oldu.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra isə pis əməl törədənlərin aqibəti Allahın ayələrini yalan hesab etdikləri və onları məsxərəyə qoyduqları üçün lap pis oldu.
Sabirə Dünyamalıyeva:
Sonra Allahın ayələrini/işarətlərini/nişanələrini təkzib etdikləri üçün, pislik edən o kəslərin aqibəti, "ən pis" oldu. Onlar istehza da edirdilər.